Pakistan parlamenti ordu rəhbərinin səlahiyyətlərini genişləndirən qanunu təsdiqləyib
Pakistan parlamenti çərşənbə günü konstitusiya dəyişikliklərini təsdiqləyib. Dəyişikliklər ordu rəhbərinin səlahiyyətlərini genişləndirir və Ali Məhkəmənin səlahiyyətlərini məhdudlaşdırır. Tənqidçilər bu addımın ölkədəki demokratiyaya bərpaolunmaz zərbə vurduğunu bildiriblər.
Qanun layihəsi parlamentin aşağı palatasında üçdə iki çoxluqla qəbul olunub, cəmi dörd deputat səs əleyhinə verib. Yuxarı palata sənədi iki gün əvvəl müxalifətin müzakirəni boykot etməsindən sonra təsdiqləyib. Bu, adətən aylarla davam edən konstitusiya dəyişiklikləri üçün nadir hallarda rast gəlinən sürətli prosedurdur. Yeni konstitusiya dəyişikliklərinə əsasən ordu rəhbəri Asim Munir “Müdafiə Qüvvələrinin Baş Komandanı” vəzifəsinə yüksəldiləcək. Bu vəzifə ona yalnız ordunu deyil, həmçinin donanma və hava qüvvələrini də birbaşa idarəetmə səlahiyyəti verir.
Qanuna əsasən, Asim Munir xidmət müddətini başa vurduqdan sonra da general rütbəsini saxlayacaq və ömürlük hüquqi toxunulmazlığa malik olacaq.
CNN news
Ədilə Hüseynzadə