00:00:00
Yazar
Admin User
30.04.2025 08:14 190 1 dəq oxuma
Dünya

Pakistan qoşunların döyüş hazırlığını gücləndirib

Pakistan qoşunların döyüş hazırlığını gücləndirib

Pakistan Kəşmirdə Hindistanla sərhədyanı nəzarət xəttində qoşunların döyüş hazırlığını gücləndirib. 

 


“İnformator.az"  xəbər verir ki, bu barədə məlumatı “The Economic Times” yayıb. 

 

 

Bildirilib ki, bu tədbir iki ölkə arasında artan gərginlik fonunda görülüb. 

Məlumata görə, Pakistan Sialkot bölgəsində ön mövqelərə hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələri cəmləşdirib. 

Eyni zamanda, ordunun tank və piyada diviziyalarının yerdəyişməsini həyata keçirdiyi də qeyd olunub. 


Xatırladaq ki, Pakistanın Baş naziri Şahbaz Şərif dünən BMT-nin Baş katibi Antonio Quterreşlə telefon danışığı zamanı Hindistanın iddialarını rədd edərək, Pahalqam terror hücumunun şəffaf və qərəzsiz araşdırılmasını tələb edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər