00:00:00
Yazar
Banuçiçək Məmmədova
18.05.2026 16:47 88 1 dəq oxuma
Dünya

Pakistanda daha bir terror aktı: ölənlər və yaralananlar var

Pakistanda daha bir terror aktı: ölənlər və yaralananlar var

Bu gün Pakistanın Xeybər-Paxtunxva vilayətinin Cənubi Vəziristan dairəsindəki Vana şəhərinin “Gülşən Plaza” ticarət mərkəzinin yanında partlayış baş verib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Pakistan mətbuatı məlumat yayıb.

 

Məlumata görə, partlayış nəticəsində üç nəfər həlak olub, dörd nəfər yaralanıb.

Ölənlər arasında partlayış zamanı oradan keçən Əhmədzay qəbiləsinin başçısı Malik Tariqin də olduğu bildirilir.

Hücuma görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

#daha #aktı: #terror #xəbər #yaralananlar
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər