00:00:00
Yazar
Admin User
01.09.2025 08:18 97 1 dəq oxuma
Dünya

Pakistanda helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər həyatını itirib

Pakistanda helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər həyatını itirib

Pakistandakı Gilgit-Baltistan bölgəsində helikopterin qəzaya uğraması nəticəsində ilkin məlumata görə 5 nəfərin həyatını itirdiyi bildirilib.


“Dawn” qəzetinin xəbərinə görə, Gilgit-Baltistan sözçüsü Fəyzullah Faraq hadisənin Çilas qəsəbəsində baş verdiyini bildirib.


Bölgə polisindən Abdul Həmid isə bölgə rəhbərliyinə məxsus helikopterin yeni uçuş-enmə zolağında eniş sınağı etdiyi vaxt qəzaya uğradığını və ilkin məlumata görə 5 nəfərin həyatını itirdiyini açıqlayıb.


Onun sözlərinə görə, qəzadan dərhal sonra polis və axtarış-xilasetmə qrupları hadisə yerinə cəlb olunub.


Qəzanın səbəbi ilə bağlı təfərrüatlar açıqlanmasa da, bəzi rəsmilər hadisənin “texniki nasazlıq” səbəbindən baş verdiyini bildirirlər.


TRT XƏBƏR
Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər