00:00:00
Yazar
Admin User
14.08.2025 12:37 83 1 dəq oxuma
Dünya

Pakistanda polis maşını atəşə tutulub: 3 ölü, 6 yaralı

Pakistanda polis maşını atəşə tutulub: 3 ölü, 6 yaralı

Pakistanın Xeybər-Pahtunhva əyalətində polis maşınına silahlı hücum edilib.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə “Sinxua” agentliyi Pakistan polisinə istinadla məlumat yayıb.

 

Məlumata görə, polisin cəld reaksiya qüvvələrinin olduğu furqon Yuxarı Dir rayonunda atəşə tutulub. Nəticədə 3 polis həlak olub, 6 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan bir neçəsinin vəziyyəti ağırdır. Təhlükəsizlik qüvvələri ərazidə əməliyyata başlayıb. Hücumu “Təhriki Taliban Pakistan” terror qruplaşması öz üzərinə götürüb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər