Pakistandan Ermənistan açıqlaması:
Pakistan Azərbaycanla əvvəlcədən məsləhətləşmədən Ermənistanla bağlı siyasətini dəyişmək niyyətində deyil.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin deyib.
O xatırladıb ki, Pakistan hələ də Ermənistanı müstəqil dövlət kimi tanımayıb.
Onun sözlərinə görə, dəyişikliklər yalnız Azərbaycanla məsləhətləşmələrdən sonra mümkündür.