00:00:00
Yazar
Admin User
08.09.2025 06:42 98 2 dəq oxuma
Siyasət

Pakistandan Hindistana: Növtəbi müharibədə hesab 60-0 olacaq.

Pakistandan Hindistana: Növtəbi müharibədə hesab 60-0 olacaq.

Pakistanın belə bir halda bu dərəcədə sərt bəyanat verməsi tamamilə mövcud vəziyyətə əsaslanır.


Məsələ ilə bağlı politoloq Həşim Səhrablı "informator.az"-a açıqlamasında bildirib ki, Hindistan tərəfi israrla Pakistanın mübahisəli Kəşmir bölgəsində və yaxuddaki digər bölgələrdə haqqlarını israrla tanımaqdan imtina edir və eyni zamanda vaxtaşırı anti-Pakistan mövqeyi ilə də hazırda rəsmi İslamabadın səbr kasasını daşırmaqdadır:

 

"Son qarşı durmalarda da biz gördük ki, Hindistan tərəfi Pakistanı zərbələr endirməyə cəhd edib və gözləmədiyi bir şəkildə Pakistandan daha layiqli cavab alıb və nəticə etibarilə də həmin döyüşlərin mən deyərdim ki, qalibi Pakistan tərəfi oldu. Çünki həqiqətəndə üstünlüyü quran tərəf Pakistan oldu və qısa zamanda Hindistanın bir neçə hərbi helikopterini, yəni, qırıcılarını məhv etməklə Hindistana bir dərs verib və Hindistan tərəfi də təcili bir şəkildə artıq bu əməliyyatları dayandırmaq qərarına gəlib.Pakistan tərəfi Layiqli cavab verməyə hazır vəziyyətdədir. 60-0 ifadəsi açıqcası hər hansı bir məsələni simvolizə etməsi barədə bilgim yoxdur əgər tarixdə, siyasi arenalarda və ya ikili münasibətlərdə belə bir simvolik rəqəm varsa, bunu deyə bilmərəm, amma mən düşünürəm ki, indiki vəziyyətdə Pakistan tərəfi sadəcə bu əməliyyatların sonunda hər halükarda özlərinin qalib gələcəklərini və Hindistanın sıfır qazanacağını göstərmək məqsədi ilə bu açıqlamanı veriblər".

 

Həmçinin ekspert deyir ki, o ki, qaldı Hindistan tərəfinin bu açıqlamaya reaksiyasına, Hindistan tərəfi də hər zaman ki, kimi əlbəttəki diplomatik bir cavab verməyə özünü məcbur hiss edəcək:

 

"Amma mən düşünmürəm ki, bu hansısa müharibə çağırışı olacaq.Çünki Hindistan tərəfi artıq anlayır ki, Pakistanı hərbi müstəvidə də asan şəkildə məğlub etmək mümkün deyil. Bu, bir neçə ay öncə yaşanan qarşıdurma da biz əyani şəkildə gördük ki, Hindistanın gözlədiyi tam fərqli bir senaridir. O qısa müddətdə ağır zərbələr endirməklə bir növ rəsmi İslamabadı təslim etmək istəyir. Amma qarşılığında özü təslim olunma təhlükəsi ilə üz-üzə qalmışdı. Yaxşıki beynəlxalq təşkilatlar, elə ABŞ-də və digər ölkələr müdaxilə etdiklər və problem böyümədən bitti. Çünki problem böyüsəydi və o senari şəklində davam etsə idi, Pakistan tərəfi açıq şəkildə Hindistanı üstələyərdi".

Gülcan Salahova 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər