00:00:00
Yazar
Admin User
03.09.2025 05:17 95 1 dəq oxuma
Dünya

Pakistanın baş naziri Putinlə görüşü “çox səmimi və konstruktiv” adlandırıb

Pakistanın baş naziri Putinlə görüşü “çox səmimi və konstruktiv” adlandırıb

Şahbaz Şərif vurğulayıb ki,

 

“Pakistan ticarət, əlaqəlilik, enerji, kənd təsərrüfatı, süni intellekt, müdafiə, mədəniyyət və xalqlar arasında mübadilə sahələrində Rusiya ilə əməkdaşlığı dərinləşdirməyə hazırdır.”

 

Pakistanın Baş naziri Şahbaz Şərif Çində Rusiya Prezidenti Vladimir Putinlə görüşünü “çox səmimi və konstruktiv” adlandırıb.

 

“Hazırda davam edən Pekin səfərim çərçivəsində Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinlə çox səmimi və konstruktiv görüş keçirdik,” – o, sosial şəbəkə X-də yazıb. “Biz sonuncu dəfə Astanada (2024-cü il) baş tutan görüşümüzü məmnuniyyətlə xatırladıq və müxtəlif ortaq maraq sahələrində ikitərəfli münasibətlərimizin müsbət dinamikasından razılıq ifadə etdik.”

 

İslam Respublikası baş naziri vurğulayıb ki, “Pakistan ticarət, əlaqəlilik, enerji, kənd təsərrüfatı, süni intellekt, müdafiə, mədəniyyət və xalqlar arasında mübadilə sahələrində Rusiya ilə əməkdaşlığı dərinləşdirməyə hazırdır.”

 

Onun sözlərinə görə, tərəflər həmçinin regional və qlobal məsələləri müzakirə edib, Pakistan-Rusiya əməkdaşlığının çoxtərəfli platformalarda, xüsusən də Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) gücləndirilməsinin vacibliyini qeyd ediblər.

 

Şərif, həmçinin noyabr ayında Rusiyada keçiriləcək ŞƏT Baş nazirlərinin görüşündə iştirak etmək üçün dəvətə görə Rusiya liderinə təşəkkürünü bildirib.

 

Tass
Arzu İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər