00:00:00
Yazar
Admin User
09.09.2025 10:11 116 1 dəq oxuma
Dünya

Pakistanın Ermənistanı tanıması...

Pakistanın Ermənistanı tanıması...

Ermənistan Xarici İşlər Nazirliyi Rusiya mediasında Pakistan-Ermənistan əlaqələri ilə bağlı yayılan məlumatı təkzib edib.


"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan bildirib ki, Ermənistanla Pakistan arasında diplomatik münasibətlər artıq BMT Nizamnaməsinə uyğun olaraq qurulub və “tanınma” məsələsi gündəmdə deyil.

 

Badalyan həmçinin qeyd edib ki, İrəvan və İslamabad əməkdaşlığın inkişafını həm ikitərəfli formatda, həm də ŞƏT və Aİİ daxil olmaqla, çoxtərəfli platformalarda müzakirə edirlər.


Qeyd edək ki, TASS Pakistanın Ermənistanı tanıması qarşılığında Aİİ-yə üzvlük imkanı əldə edəcəyi haqda məlumat yayıb.



#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər