00:00:00
Yazar
Admin User
30.04.2025 20:13 263 1 dəq oxuma
Dünya

Papanın dəfnində hücumdan qorxublar...

Papanın dəfnində hücumdan qorxublar...

 

Vatikan hakimiyyəti Roma Papası Fransiskin dəfn mərasimi zamanı dron hücumundan ehtiyat edib. 

 

“İnformator.az” xəbər verir ki, bu barədə “National Interest” jurnalı mənbələrə istinadən məlumat yayıb.

 

“Papanın dəfn mərasimi zamanı hava təhdidlərinin qarşısını almaq üçün Vatikanın hava məkanı bağlanıb”, - məqalədə qeyd olunub.

Həm Vatikanda, həm də Romada PUA əleyhinə silahları olan əsgərlər də daxil olmaqla minlərlə hərbçinin xidmətdə olduğu qeyd edilir.


Nəşrin yazdığına görə, hakimiyyət ən çox ciddi öldürücü gücə malik kiçik dronların hücumundan qorxub.

Xatırladaq ki, Roma Papası Fransisk aprelin 21-də 88 yaşında dünyasını dəyişib. O, aprelin 26-da dəfn edilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər