00:00:00
Yazar
Admin User
17.09.2025 13:59 108 1 dəq oxuma
Dünya

Papuaşvili: ATƏT/DTİHB-nin göstərdiyi səbəb real görünmür

Papuaşvili: ATƏT/DTİHB-nin göstərdiyi səbəb real görünmür

 

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) ölkədə keçiriləcək seçkiləri müşahidə etməkdən imtina etməsi ilə bağlı açıqlama verib.

 

"İnformator.az" "Report"un Gürcüstan bürosuna istinadən xəbər verir ki, Ş.Papuaşvilinin sözlərinə görə, təşkilatın göstərdiyi səbəblər inandırıcı deyil.

 

"Onlar dəvət alıblar. 2008-ci il prezident seçkilərində müşahidə missiyası seçkilərə cəmi bir ay qalmış gəlmişdi. İndi isə vaxtları olmadığını deyirlər. Bir neçə nəfəri Gürcüstana gətirmək üçün bir ay kifayət deyilmi?", – spiker qeyd edib.

 

Onun fikrincə, Gürcüstandakı bəzi səfirliklər seçkilərlə bağlı ziddiyyətli mövqelər nümayiş etdirir:

 

"İndi devrilmə ilə bağlı bəyanatlara cavab verməyən səfirliklər seçkilərin ikinci günündə "proses əhatəli olmadı" deyəcəklər. Bu, kənardan görünən ikiüzlülüyün daha bir nümunəsidir. Seçkilər başa çatandan sonra isə yenidən bəhanələr ortaya qoyacaqlar".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər