00:00:00
Yazar
Admin User
31.10.2025 08:39 105 1 dəq oxuma
Dünya

Paris Sülh Forumu çərçivəsində Azərbaycanın iqlim çağırışlarına həsr olunmuş sərgi keçirilib

Paris Sülh Forumu çərçivəsində Azərbaycanın iqlim çağırışlarına həsr olunmuş sərgi keçirilib

Paris Sülh Forumu çərçivəsində Azərbaycanın təbiətinə, biomüxtəlifliyinə, eləcə də iqlim dəyişikliyinin ətraf mühitə və xüsusilə Xəzər dənizinə olan təsirlərinə həsr olunmuş fotosərgi nümayiş etdirilib.

 

"İnformator.az" xəbər verir ki, sərgi Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, COP29 Prezidentliyi və Azərbaycanın Fransadakı Səfirliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.

 

Tədbir iştirakçıları, o cümlədən beynəlxalq nümayəndə heyətləri sərgi ilə yaxından tanış olublar. COP29 Prezidenti və Azərbaycanın iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev çıxış edərək Azərbaycanın yaşıl inkişaf strategiyası, ekoloji bərpa və iqlim diplomatiyası istiqamətində həyata keçirilən təşəbbüslər barədə məlumat verib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər