00:00:00
Yazar
Admin User
28.08.2023 14:31 414 2 dəq oxuma
Dünya

Parisdə elektrikli skuterlərə QADAĞA

Parisdə elektrikli skuterlərə QADAĞA

  Fransa keçirmiş olduğu referendumun nəticələrinə əsasən paytaxt Parisdə elektrikli skuterlərin icarəsinə qadağa qoyub. Bu qərar isə şəhər sakinlərinin etirazına səbəb olub. Çünki keçirilən referendumda sadəcə 100 min Paris vətəndaşı iştirak edib. İştirak etməyənlər qərarın yanlış olduğunu düşünür.

  Sentyabrın 1-dən Fransanın paytaxtı Parisdə elektrikli skuterləri icarəyə götürmək mümkün olmayacaq. Şəhər meriyası bu nəqliyyat vasitələrini təklif edən üç özəl operatorla müqavilələri yeniləmək niyyətində deyil. qərar həm istifadəçilər, həm də icarədarların narazılığına səbəb olub. Çünki skuterlərin dövriyyədən çıxarılması Parisdə tıxacların bir qədər də artmasına gətirib çıxara bilər. Xüsusilə nəzərə alsaq ki, bu paytaxt şəhəri Fransanın, həmçinin Avropanın ən sıx və tıxaclı ərazilərindən biridir.

  “Skuterlə evimdən işimə getmək 10 dəqiqə vaxtımı alır. Əgər maşınlardan istifadə etsəm 45 dəqiqə vaxtım gedəcək”. “Məncə, elektrikli skuterləri saxlamalıydıq, çünki bu günlərdə sürətli hərəkət qabiliyyəti olan nəqliyyat vasitlərinə ehtiyacımız var”. Sakinlərin narazılığına icarədarlar da qoşulur. Klement Pette deyir ki, uzun müddət ərzində Paris şəhərini inandırmağa çalışdıq ki, elektrik skuterlər şəhərdə avtomobil sıxlığının qarşısını almaq və davamlı ictimai nəqliyyatı təmin etmək üçün mövcud əqliyyat vsitələri arasında ən yaxşı seçimdir. “Təəssüf ki, səylərimiz uğursuz oldu və bu gün skuterləri yığışdırırıq”.

  Digər tərəfdən elektrikli skuterlərin ləğvinə dair qərar aprelin 2-də keçirilən referendumun nəticələrinə əsaslanır. Referendumda 100 mindən çox parisli iştirak edib və iştirak edənlərin 89 %-i qadağanın lehinə səs verib. Əhalinin elektrikli skuterləri istəməməsinin səbəbi isə yaratdığı problemlər, qəzalardır. Buna baxmayaraq, ekspertlərin fikrincə, referendumda iştirak edənlərin böyük əksəriyyəti yaşlı nəslin nümayəndələridir. Onlar bu qərarı alarkən daha çox özlərini düşünüblər.

  Beləliklə, Paris əhaliyə elektrikli skuterlərin verilməsi xidmətini qadağan edən ilk Avropa paytaxtı olacaq. Bununla belə şəhərdə elektrikli və sadə velosipedlərin icarəsinə icazə verilir.

CAVİD

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər