00:00:00
Yazar
Admin User
01.10.2025 13:18 84 1 dəq oxuma
Dünya

Parisdən yola çıxan Orient Express ikinci səfəri üçün Türkiyədə

Parisdən yola çıxan Orient Express ikinci səfəri üçün Türkiyədə

Parisdən hərəkət edən tarixi Venice Simplon Orient Express, Budapeşt, Buxarest və Varna marşrutundan sonra Ədirnədən Türkiyəyə daxil olub. İlin ikinci səfəri üçün Kapıkule Qərindən Türkiyəyə daxil olan Orient Express, səyahətini 3 Oktyabrda Parisdə tamamlayacaq.


Aqata Kristinin “Şərq Ekspresində Cinayət” adlı romanına da mövzu olan qatar Parisdən yola çıxıb. Macarıstanın paytaxtı Budapeşt, Rumıniyanın Sinaia şəhəri və paytaxtı Buxarest, həmçinin Bolqarıstanın Varna şəhərindən sonra Türkiyəyə çatıb.


Kapıkule stansiyasında təmir işləri səbəbindən burada dayanmayan qatar, sərnişinlər və heyətin pasport yoxlaması üçün Ədirnə stansiyasına gəlib. Stansiyada musiqiçilər tərəfindən mini bir konsert təşkil olunub.


Sərnişinlərin baqajları rentgen yoxlamasından sonra İstanbulda qalacaqları otellərə çatdırılmaq üçün yük maşınlarına yüklənib.


TRT XƏBƏR
Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər