00:00:00
Yazar
Admin User
12.09.2025 14:39 44 1 dəq oxuma
Dünya

Parlamentin terrorsuz Türkiyəyə böyük töhfəsi var

Parlamentin terrorsuz Türkiyəyə böyük töhfəsi var

MHP sədri Dövlət Baxçalı “Sabah” qəzetinə açıqlamasında terrorsuz Türkiyənin dövlət siyasəti olduğunu bildirib. O, Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyasının prosesə mühüm töhfə verdiyini vurğulayıb.


“PKK ləğv edilib, silahlar yerə qoyulub. İndi birlikdə yaşamaq üçün şərtləri müəyyənləşdirmə mərhələsindəyik”, – deyə Baxçalı qeyd edib.


MHP lideri həmçinin CHP-nin İstanbul böhranına toxunaraq, “Məhkəmə qərarını tanımamaq olmaz, qanunun aliliyinə hörmət edilməlidir” ifadəsini işlədib.


O, 2028-ci il seçkilərinə də diqqət çəkərək prezident Ərdoğanın yenidən namizəd olacağı halda MHP-nin ona tam dəstək verəcəyini bəyan edib.


TRT XƏBƏR
Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər