00:00:00
Yazar
Admin User
30.09.2025 17:45 118 2 dəq oxuma
Siyasət

Paşinyan: Bakı ilə sərhəd razılaşması və sülh sazişi üzrə irəliləyiş var

Paşinyan: Bakı ilə sərhəd razılaşması və sülh sazişi üzrə irəliləyiş var

Ermənistan və Azərbaycan sərhədin demarkasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında əsasnaməni ratifikasiya edib. Baş nazir Nikol Paşinyan BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı bildirib ki, avqustun 8-də Vaşinqtonda Sülh və Dövlətlərarası Münasibətlərin bərqərar olunması barədə saziş üzrə razılıq əldə edilib.

 

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında qeyd edib ki, Vaşinqton razılaşması Azərbaycan-Ermənistan arasında uzun illər davam edən münaqişənin həllinə aparan ən mühüm addımlardan biridir:

 

“Burada sülh müqaviləsinin paraflanması ümumilikdə Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir. Bununla da Azərbaycan və Ermənistan arasında illərlə davam edən münaqişəyə faktiki olaraq son qoyulub. Artıq sərhədlərdə uzun müddətdir atışma yoxdur, ciddi problem müşahidə edilmir. Yeganə təhlükə Ermənistanın vaxtilə basdırdığı minalardır ki, bu da hələ də ciddi maneə yaradır. Azərbaycan bu bəladan xilas olmaq üçün bütün addımları atır. Eyni zamanda, ABŞ-nin vasitəçiliyi ilə Vaşinqtonda əldə olunan razılaşma ikitərəfli münasibətlərin qurulması baxımından mühüm əhəmiyyət daşıyır. Məlum olduğu kimi, Azərbaycan və Ermənistan hazırda Cənubi Qafqazda olduqca vacib tranzit yolunun üzərində yerləşir. Bu, Şərqdən-Qərbə – Çindən və Hindistandan Avropaya malların daşınmasında əsas marşrut hesab olunur. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi səbəbindən isə uzun illərdir ki, bu ölkə mühüm layihələrdən kənarda qalıb”.

 

Politoloqun sözlərinə görə, münaqişə vəziyyəti sona çatdıqdan və ikitərəfli münasibətlər bərpa olunduqdan sonra ölkələr arasında əməkdaşlıq Cənubi Qafqazın iqtisadi potensialının daha da artmasına səbəb olacaq:

 

“Vaşinqton görüşündə əsas vasitəçi ölkə ABŞ olub. ABŞ-nin təşəbbüsü ilə sülhün əldə olunması, eləcə də Zəngəzur dəhlizi məsələsinin birbaşa Trampın təşəbbüsü ilə həll olunması regional iqtisadi inkişafa əlavə töhfə verəcək. Sülh müqaviləsinin imzalanması ilə bağlı gözlənilən yeganə məsələ Ermənistanın konstitusiyasında dəyişiklik edilməsidir. Bu dəyişiklikdən sonra Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına hər hansı maneə qalmayacaq”.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər