00:00:00
Yazar
Cavahir Əsgərbəyli
07.05.2026 14:53 14 1 dəq oxuma
Dünya

Paşinyan: Ermənistan Ukrayna məsələsində Rusiya ilə müttəfiq deyil

 

Paşinyan: Ermənistan Ukrayna məsələsində Rusiya ilə müttəfiq deyil

Ermənistan Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyil.

 

"İnformator.az" xəbər verir ki, "Armenpress"in məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün brifinqdə Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvana səfəri və bununla bağlı səsləndirilən tənqidlərlə bağlı sualı cavablandırarkən deyib.

 

“Ukrayna Prezidentinin səfərinə gəlincə, mənəvvəllər də bu mövzuda açıqlamalar vermişəm. Biz Ukraynaya humanitar yardım göndərmişik və mən Ukrayna məsələsində Rusiya ilə müttəfiq olmadığımızı demişəm”, - Paşinyan bildirib.

 

Baş nazir vurğulayıb ki, Alma-Ata Bəyannaməsi Ermənistan üçün fundamental əhəmiyyət kəsb edir və İrəvan da bunun əsasında Azərbaycanla sülh prosesi qurur: “Alma-Ata Bəyannaməsinin bizim üçün nə qədər vacib və fundamental olduğunu bilirsiniz və biz bu bəyannaməyə əsaslanırıq və Azərbaycanla bu təməl üzərində sülh qururuq. Və bu, bizim prinsipial mövqeyimizdir”.

 

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski mayın 4-də Avropa Siyasi Birliyinin 8-ci sammitində iştirak etmək üçün İrəvana səfər edib.

#baki #deyil #ermənistan #rusiya #paşinyan:
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər