Paşinyan İranla münasibətlərdən danışıb
Ermənistan-İran münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq lazımdır.
"İnformator.az" xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan İran Prezidenti Məsud Pezeşkianla keçirdiyi mətbuat konfransında deyib:
“Biz razılaşdıq ki, ölkələrimiz arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırmaq üçün işlərin görülməsi vaxtı çatıb”.