00:00:00
Yazar
Admin User
07.11.2025 17:52 132 1 dəq oxuma
Siyasət

Paşinyan namizədliyini irəli sürüb

Paşinyan namizədliyini irəli sürüb

Baş nazir hakim Vətəndaş Müqaviləsi Partiyasından namizədliyini irəli sürdüyünü açıqlayıb.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistan baş naziri Nikol Paşinyan yenidən öz namizədliyini seçkilərdə irəli sürməsi, təbii ki, bu, müsbət bir prosesdir:

 

“Azərbaycanla Ermənistan arasında sülh prosesinə töhfə verəcək. Bu, Ermənistanın daxili siyasi vəziyyətinə, təbii ki, müsbət təsir edəcək. Nikol Paşinyanın həyata keçirdiyi siyasət indiyə kimi Ermənistanda daxili siyasi vəziyyətin normallaşmasına, qonşularla sülh prosesinə töhfə verilməsinə, Ermənistanın digər ölkələrdən asılılığına son qoyub. Yəni bu siyasət bundan asılıdır və bu, siyasətdir. Nikol Paşinyanın və xalq da görür ki, Nikol Paşinyanın bu siyasəti Ermənistanda sülh gətirir Ermənistanın iqtisadi inkişafına blokadadan çıxmasına gətirib çıxarır. Düşünürəm ki, seçkilərdə şansları daha yüksəkdir. Çünki keçirilən rəy sorğuları da göstərir ki, Nikol Paşinyan rəqiblərindən daha da üstün mövqeyə malikdir. Çünki Robert Koçaryan, Serj Sarkisyan, Samvel Karapetyandır, bunların bloklarını xalq kifayət qədər dəstəkləmir. Nikol Paşinyanın seçilməsi regionda siyasi transformasiyaya da müsbət təsir edəcək. Çünki müxalifətin tezizləri Azərbaycana qarşı yenidən işğalçı siyasət üzərində qurulub. Amma Nikol Paşinyanın siyasəti regionda iqtisadi inteqrasiyanı, nəqliyyat və kommunikasiya yollarının açılmasını özündə ehtiva edir “.

 

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər