Paşinyan Putinə cavab verib: Referendum
Hazırda Ermənistanda Avropa Birliyi (AB) və ya Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçim edilməsi ilə bağlı referendum keçirməyə ehtiyac yoxdur.
"İnformator.az" "APA"ya istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
“Bu, yalnız obyektiv zərurət yarandığı zaman keçiriləcək”, - o deyib.
Paşinyan qeyd edib ki, bu məsələ “siyasi zövq deyil, transformasiya məsələsidir”.
O, həmçinin vurğulayıb ki, Ermənistan hələlik Avrasiya İqtisadi İttifaqından çıxmağı planlaşdırmır:
“Ermənistan Aİİ-nin tamhüquqlu üzvüdür və tərəfdaşlara hörmətlə yanaşır”.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistan hakimiyyətinin AB-yə daxil olmaq üçün referendum keçirə biləcəyini deyib.