00:00:00
Yazar
Səadət Əlizadə
01.04.2026 20:25 12 1 dəq oxuma
Siyasət

Paşinyan: Qarabağ hərəkatı davam etdirilməməlidir

Paşinyan: Qarabağ hərəkatı davam etdirilməməlidir

Ermənistanda Qarabağ hərəkatı davam etdirilməməlidir, çünki İrəvan və Bakı arasında artıq sülh bərqərar olub.

 

“İnformator.az” xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Kremldə Rusiya lideri Vladimir Putinlə görüşündə bildirib.


"Mən artıq Ermənistanda açıq şəkildə bildirmişəm ki, biz Qarabağ hərəkatını davam etdirməməliyik, çünki Ermənistan və Azərbaycan Alma-Ata Bəyannaməsi çərçivəsində bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyıblar", - o bildirib.

 

"İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik, bu barədə Rusiyanın ali rəhbərliyi də iki dəfə açıq şəkildə bəyan edib", - Ermənistanın Baş naziri əlavə edib.

#baki #yeni #xəbər #etdirilməməlidir
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər