Paşinyan Quterreşlə sülh sazişinin paraflanmasını müzakirə edib
Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT-nin Baş katibi Antonio Quterreşlə görüşüb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Üzeyir Şəfiyev bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın BMT nin baş katibi ilə görüşündə şübhəsiz ki, regional məsələlər, Cənubi Qafqazda sülh, əməkdaşlıq mühiti üçün yeni şəraitin yaradılması ilə bağlı məlumat, özəlliklə də avqustun səkkizində Vaşinqtonda paraflanmış Ermənistanla Azərbaycan arasında sülh sazişi ilə bağlı məlumat şübhəsiz ki, müzakirə obyektində oldu, həmin paraflanmış sülh danışıqları, sülh müqaviləsi ilə bağlı BMT baş katibinin dəstəyini biz görmüşdük:
"Avqustun səkkizindən sonra təqdim eləyir və dəstəkləyir.Həm Azərbaycanı, həm də Ermənistanı. Deməli, uzun müddət davam edən bu münaqişəyə nəhayət son qoya biləcək bir addım kimi qiymətləndirdi və hesab edirəm ki, Paşinyan da məhz BMT- nin baş katibi ilə görüşdə bu məsələ ilə bağlı hesabat xarakterli bir məlumat verdi. Çünki BMT nin həm də nəzarətində olan bir münaqişə idi ki, bu münaqişə BMT uzun müddət çalışmışdı ki, deməli, bununla bağlı əməli addımlar atsın. nail ola bilməmişdi. Düzdür, BMT nin Azərbaycanın ərazi bütövlüyünü, Azərbaycanın Ermənistan tərəfindən ərazi bütövlüyünü pozulması ilə bağlı dörd qətnaməsi var idi. Amma bunun icra mexanizmi olmadığına görə yerinə yetirə bilmirdi. Azərbaycan əslində BMT nin bu dörd qətnaməsini həyata keçirdi. 44 gün davam edən, zəfərlə başa çatan müharibə nəticəsində demək Quterreşin Paşinyanla görüşündə şübhəsiz ki, bu paraflanmış sülh müqaviləsi ilə bağlı, deməli, dəstək ifadə olundu və Paşinyan da bu görüşdən çox məmnun idi. Çünki Paşinyan da orada məhz yeni yaranmış yeni reallıqla bağlı belə məlumat verdi. Quterreşə bildirdi ki, artıq Azərbaycan və Ermənistan arasında yeni reallıq var və bu paraflanmış sülh müqaviləsi bizi ümidləndirir ki, regionda sülh, barış və regional əməkdaşlıq üçün yeni şərait yaranacaq “.
