00:00:00
Yazar
Admin User
03.09.2025 16:02 94 1 dəq oxuma
Dünya

Paşinyan revanşizmlə mübarizədə: Ermənistan real sülh yoluna qədəm qoya bilərmi?

Paşinyan revanşizmlə mübarizədə: Ermənistan real sülh yoluna qədəm qoya bilərmi?

Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkədə paylaşdığı statusunda bildirib ki, bu gün Ermənistan artıq başqa ölkələrin deyil, öz vətəndaşlarının sayəsində mövcuddur. Məqalədə vurğulanır ki, əvvəllər Ermənistan üçüncü dövlətlərin təsiri altında olub, Qarabağın 30 illik işğalı da bunun nəticəsi idi. Paşinyanın bu tarixi səhifədən uzaqlaşmaq istəyi müsbət dəyərləndirilir, çünki o, cəmiyyətdə “miflərə əsaslanan Ermənistan”dan “real Ermənistan” ideyasını formalaşdırmağa çalışır.

 

Bununla belə, erməni cəmiyyətində illərlə möhkəmlənmiş revanşist düşüncələr prosesi çətinləşdirir. Diaspor isə radikal çıxışlarla vəziyyəti daha da gərginləşdirir, lakin müharibə zamanı əsl yükün sadə ermənilərin üzərinə düşdüyü qeyd olunur. Müəllifin fikrincə, Ermənistan xalqı artıq revanşizmin çıxılmaz yol olduğunu anlamağa başlayıb. 2021-ci ildə məğlub olmuş partiyanı yenidən seçmələri bunun ilk sübutu idi. Qarşıda isə daha ciddi sınaq dayanır – gələcək seçkilər və konstitusiya islahatları. Bu dəyişikliklər qəbul olunarsa, Ermənistan rəsmi şəkildə Azərbaycana ərazi iddialarından imtina edəcək və uzun illər davam edən düşmənçiliyə son qoymaq istiqamətində mühüm addım atılacaq.

 

Caliber

Billurə Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər