Paşinyan Tokayevi təbrik edib
Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə konstitusiya referendumunun uğurla keçirilməsi münasibətilə təbrik məktubu göndərib.
"İnformator.az" xəbər verir ki, məktubda deyilir:
"Sizin elan etdiyiniz "Ədalətli Qazaxıstan"ın qurulması yolunda fundamental addım olan konstitusiya referendumunun uğurla keçirilməsi münasibətilə səmimi təbriklərimi qəbul edin.
Ümumxalq səsverməsinin nəticələri Qazaxıstan Respublikası vətəndaşlarının ölkənin müstəqilliyinin və suverenliyinin təmin edilməsində, qanunun aliliyi altında çiçəklənən və müasir cəmiyyətin qurulmasında məsuliyyətli münasibətini bir daha nümayiş etdirib.