00:00:00
Yazar
Admin User
11.09.2025 16:17 110 2 dəq oxuma
Siyasət

Paşinyan və Putin Çində görüşüb

Paşinyan və Putin Çində görüşüb

Ermənistan Baş naziri Nikol Paşinyan Çində keçirilən ŞƏT sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Tərəflər ikitərəfli münasibətlərin dərinləşdirilməsi imkanlarını, həmçinin Azərbaycan-Ermənistan arasında 8 avqustda imzalanmış sazişi müzakirə ediblər.

 

Məsələ ilə bağlı politoloq Araz Xan "İnformator.az"a açıqlamasında bildirib ki, Paşinyan-Putin görüşündən danışarkən əvvəlcə son aylarda gərginləşən Rusiya-Ermənistan və Rusiya-Azərbaycan münasibətlərinə nəzərə yetirmək lazımdır:

 

"Rusiya Cənubi Qafqazda öz təsir imkanlarını saxlamaq üçün təzyiq siyasətindən istifadə edir. Ermənistanda revanşist qüvvələri dəstəkləməklə çevriliş cəhdi və bu prosesə kilsənin də cəlb edilməsi məhz Moskvanın sifarişi hesab edilir. Azərbaycana qarşı isə “diaspora əməliyyatı” bir növ Vaşinqtonla yox, mənimlə hesablaşın mesajıdır. İndi isə Rusiya üçün iş-işdən keçib. Təzyiqlər heç bir nəticə verməyib. Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda imzaladığı sənədlərlə Rusiya kənarda qalıb. ŞƏT sammitində Paşinyanın sevinci isə Ermənistanın ilk dəfə dalda qalan ölkə kimi yox, qlobal layihələrin iştirakçısı, Orta Dəhlizin bir parçası kimi meydana çıxması ilə bağlı idi. Yeni yaranmış reallıqlar fonunda isə Rusiya region ölkələri ilə münasibətləri bərpa etməyə çalışmalıdır. Moskva Zəngəzur dəhlizinə nəzarət imkanını itirsə belə, digər ölkələr kimi ondan yararlana bilər. Dəhliz Rusiya məhsullarının Aralıq dənizinə, Yaxın Şərq ölkələrinə və Afrikaya çatdırılmasında mühüm rol oynaya bilər. Amma Rusiyanın regionda əvvəlki kimi təsir imkanları olmayacaq. Bunu Moskvada nəzərə almalıdılar".

 

Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər