00:00:00
Yazar
Admin User
17.08.2025 18:06 78 1 dəq oxuma
Dünya

Paşinyan xalqdan üzr istəyib

Paşinyan xalqdan üzr istəyib

Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddət əvvəl sosial şəbəkədə qeyd etdiyi nalayiq ifadəsinə görə ictimaiyyətdən üzr istəyib.

 

"İnformator.az" erməni mediasına istinadən xəbər verir ki, baş nazir müvafiq komissiyanın qərarından sonra üzr istəməyə məcbur olub.

 

Baş nazirin sözlərinə görə, o, emosiyalarını daha yaxşı idarə etməyi öyrənməlidir.

 

Paşinyan üzr istəməsini “dövlət və demokratik təsisatlara dözümlülük və hörmətlə” izah edib.


Qeyd edək ki, mayın 30-da N.Paşinyan və arvadı Anna Akopyanın Ermənistan Apostol Kilsəsinin (EAK) ruhanilərinə qarşı təhqiramiz ifadələr işlətməsi ölkədə siyasi və ictimai qalmaqala səbəb olmuşdu.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər