00:00:00
Yazar
Admin User
02.10.2025 17:09 105 2 dəq oxuma
Siyasət

Paşinyan Zəngəzur dəhlizinə yeni ad tapıb

Paşinyan Zəngəzur dəhlizinə yeni ad tapıb

“Azərbaycan “Zəngəzur dəhlizi” deyir? Qoy desin, söhbət Ermənistan ərazisindən getmir”,-deyə Paşinyan bildirib.

 

Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı yeni müzakirə açması, daha doğrusu Paşinyanın bu məsələyə toxunması, yəqin ki, daha çox daxili auditoriya ilə bağlıdır:


“O, bizim ərazinin Zəngəzura aid olduğunu bəyan edir, amma Ermənistandan keçən hissənin isə Zəngəzur dəhlizi olmadığını deyir. Hələlik razılaşmaya görə, rəsmi olaraq həmin dəhlizə "Tranzit Dəhlizi" adı adlanır. Yəqin ki, bu, onu nəzərdə tutur. Amma bütün hallarda aydın məsələdir ki, həmin bölgə Zəngəzur bölgəsidir və biz oranı Zəngəzur Dəhlizi hesab edirik və elə də deyəcəyik. Paşinyana gəldikdə, onun vəziyyətini başa düşmək lazımdır. Onu onsuz da müxalifət kifayət qədər ciddi tənqid edir, xüsusən Azərbaycanla münasibətlərdə həmişə güzəşt etdiyini, qorxduğunu, çəkindiyini, Türkiyəyə və Azərbaycana satıldığını və s. kimi deyirlər. Yəni bu bütün bunlardan qorunmaq üçün düşünürəm ki, o bir manevr edir. Digər tərəfdən də prinsipial olaraq artıq Amerika ilə Ermənistan arasında olan razılaşmaya əsasən, əslində o dəhlizə bir ad qoyublar, ora "Tranzit" adını veriblər. Və böyük ehtimalla ermənilər də elə o adı işlədəcəklər. Fərqli bir şey deməklərinin isə, təbii ki, bizə onun ciddi bir təsiri ola bilməyəcək. Düzdür, bu bizimlə Ermənistan arasında müəyyən qədər diskussiya yarada bilər. Amma düşünürəm ki, bu da əslində ciddi bir məsələ deyil. Prinsipcə bizə lazım idi o ərazidən yol getsin, dəhliz açılsın, Naxçıvana ordan gediş-gəlişə icazə verilsin. O da onsuzda həll olunub. İndi onlar da vəziyyətdən çıxmaq üçün ora "Tranzit" adının verilməsi ilə razılaşdılar. Əslində o da onları vəziyyətdən çıxardıb. Amma ümumiyyətlə yenə hesab eləyirəm ki, bu dəhlizlə bağlı Paşinyanın bütün o danışmaları və yaxud izahatları daha çox öz cəmiyyətində bir sakitlik yaratmaqdır. Yəni Ermənistanın daxili auditoriyasına yönələn bəyanatlardır. Ona görə də onu ciddiyə almaq məncə dəyməz”.

 

Politoloq əlavə edib ki, əslində bu dəhlizin açılması ilə bağlı İranın çox ciddi etirazları var idi:

 

“Ermənistan da səsini çıxarmayaraq razı olub və yaxud olmadığı bildirməyib. Rusiya da İranın və Ermənistanın sanki arxasında gizlənib, "əgər mən varamsa dəhliz açılsın, mən yoxamsa dəhliz açılmasın" ifadəsini göstərib. Ona görə də, bu dəhlizlə bağlı beynəlxalq münasibətlər sistemində fərqli bir dönüş və yaxud yanaşma yəqin ki, olmayacaq. Böyük ehtimalla Amerika dəhlizin açılması istiqamətində fəaliyyət göstərəcək. Yəni Ermənistanla ABŞ arasında imzalanan saziş işləyəcəkdir. Bu da əslində bizim maraqlara xidmət eləyir. Dəhlizin açılması həm Azərbaycanla Naxçıvan arasındakı blokadanı aradan qaldırır, həm də bütövlükdə Türk dünyasının birləşməsini və Orta Yolun bu seqmentinin işlək hala gəlməsini təmin eləyir.”


Nurgül Yusifova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər