00:00:00
Yazar
Admin User
09.09.2025 16:04 171 1 dəq oxuma
Siyasət

Pekində keçirilən parad və güc balansında dəyişikliklər

Pekində keçirilən parad və güc balansında dəyişikliklər

 

Pekində İkinci Dünya müharibəsində qələbənin 80 illiyinə həsr olunmuş parad keçirilib. Tədbir beynəlxalq aləmdə müxtəlif müzakirələrə səbəb olub.

 

Mövzu ilə bağlı politoloq Aytən Qurbanova "İnformator.az"a açıqlamasında bildirib ki, Çin, Rusiya və Şimali Koreya arasındakı regional yaxınlaşma dünya nizamındakı qüvvələr balansına təsirsiz ola bilməz:

 

"Hadisələrin inkişaf xronikasına nəzər yetirdikdə aydın şəkildə müşahidə etmək mümkündür ki, yeni formalaşan dünya nizamında sürətli şəkildə hərbi-siyasi bloklaşma davam edir. Yeni güc mərkəzlərinin yaranması isə, öz növbəsində, birqütblü dünya nizamından çoxqütblü sistemə keçidin son mərhələsinin yekunlaşmaqda olduğu mesajını verir. Heç şübhəsiz ki, çoxqütblü beynəlxalq münasibətlər sisteminin müsbət xüsusiyyətləri olduğu kimi, mənfi təsirləri də istisna edilə bilməz. İlk növbədə onu qeyd etmək lazımdır ki, qüvvələr nisbəti qeyri-bərabər olduğu üçün təhlükəsizliklə bağlı təhdidlər hər zaman ön planda olmağa davam edəcək".

 

Politoloq əlavə edib ki, xüsusilə də beynəlxalq hüququn tətbiqi ilə bağlı qlobal nəzarət mexanizmlərinin bu qədər zəif olduğunu nəzərə aldıqda, dövlətlərarası münasibətlərdə münaqişələrdən yayınma imkanı kifayət qədər zəifləyir:

 

"Digər tərəfdən, yeni əməkdaşlıq imkanları üçün yeni platformaların formalaşdırılması, öz növbəsində, dövlətlərarası münasibətlərdə çoxtərəflilik prinsipinin tətbiqinə şərait yaradan önəmli məqamdır. Nəticə etibarilə, birqütblü dünya nizamından çoxqütblü sistemə keçid təhdidlərlə yanaşı, bir çox yeni imkanları özündə ehtiva etməklə beynəlxalq təhlükəsizliyin təmin olunmasına müsbət təsir edə bilər".

 

Türkan Kərimli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər