00:00:00
Yazar
Admin User
05.09.2025 13:02 91 2 dəq oxuma
Siyasət

Pekində Putin və Lukaşenko görüşüb

Pekində Putin və Lukaşenko görüşüb

Pekində Vladimir Putin ilə Belarus Respublikası Prezidenti Aleksandr Lukaşenko arasında görüş keçirilib.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Əhəd Məmmədli bildirib ki,belə görüşlərdə hər bir ölkə üçün əsas məqsəd öz əhəmiyyətini göstərməkdir.


“Rusiya və Belarusiya rəhbərləri, demək olar ki, ər-arvad kimi çox danışırlar. Onlar üçün mövzu həmişə tapılır, bir-birlərini o qədər yaxşı anlayırlar ki, bəzən sözsüz, sadəcə mimikalarla da anlaşa bilirlər. Yəqin ki, görüşdə Putin Lukaşenkodan dəstək istəyib, hansısa məsələləri diqqətinə çatdırıb ki, belə etmək lazımdır. Lukaşenko, əsasən, Putinin dediklərini nəzərə alır və çox vaxt da yerinə yetirir. Onun bu vəziyyətə düşməsində Avropanın da günahı var, amma bu, başqa bir mövzudur.


Görüşlərin nəticələri regionun təhlükəsizliyi ilə bağlıdır. Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) NATO-ya, Qərbə və Avropa Birliyinə alternativ kimi təqdim olunur. Ancaq bu təşkilatın özündə də problemlər var. Məsələn, Çin–Hindistan və Pakistan–Hindistan münasibətlərindəki gərginliklər hələ də qalır. Buna baxmayaraq, təşkilat genişlənir və inkişaf edir. Sürəti az olsa da, özünü doğruldur. Xüsusilə iqtisadi məsələlərdə daha sürətli nəticələr əldə olunur. Eyni zamanda, üzv ölkələr Qərblə münasibətləri də tamamilə pozmaq istəmirlər.


Belə görüşlərdə hər bir ölkə üçün əsas məqsəd öz əhəmiyyətini göstərməkdir. Çin göstərmək istəyir ki, burada əsas güc odur. Rusiya nümayiş etdirmək istəyir ki, meydanda tək deyil. Azərbaycan göstərmək istəyir ki, əlaqələrini genişləndirir, imkanları artır. Türkiyə isə göstərmək istəyir ki, müstəqil siyasət yürüdür, kimlə istəsə, əlaqə qura bilər. Yəni, hər bir ölkə öz prizmasından varlığını nümayiş etdirir və daxili auditoriyasına mesaj göndərir. Bunlar bir-biri ilə bağlı əlamətlərdir”.


Şehrin Musayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər