Pekində rekord şaxta qeydə alınıb
Çinin paytaxtı Pekində 1951-ci ildən günümüzə qədər qeyd olunan, rekord həddə çatan şaxta qeydə alınıb.
Çinin dövlət mediası “Beijing Daily”in xəbərlərinə görə, Pekin əhalisi, qeydlərin başladığı 1951-dən bu yana pik həddə çatan şaxta ilə üzləşib. Pekinin Nanjiao Meteoroloji Stansiyasında qeydə alınan istiliyin miqdarı son günlərdə ilk dəfə sıfır dərəcənin üzərinə çıxıb. “Beijing Daily” temperaturun ilk dəfə 11 dekabrda sıfır dərəcənin altına düşdüyündən bəri, istiliyin 300 saatdan çox bu qədər aşağı rejimdə qaldığını bildirib. Bu ay Çinin əksər hissəsini əhatə edən güclü soyuq dalğa, Çinin şimalındakı bəzi şəhərlərin istilik imkanlarını son həddə qaldırıb. Jiaozuo şəhərində Cümə günü Wanfang elektrik planında yaranan nasazlıqdan sonra istilik qismən dayandırılıb. Şəhərin rəsmi qəzeti Jiaozuo Daily-nin xəbərlərinə görə, problem şənbə günü həll edilib və istiliyin bazar günü axşamdan bərpa olunacağı gözlənilir.
Əyalətdəki digər iki şəhər, Puyang və Pingdingshan, "xəstəxanalar, məktəblər və yaşayış binaları üçün məhdud istilik resurslarına üstünlük vermək" üçün cümə günündən etibarən əksər hökumət binalarının və dövlət müəssisələrinin istiliyini kəsib.
Əli Məmmədli
