Pekində rəsmi qəbul və konsert proqramı keçirilib
Sentyabrın 3-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpin və həyat yoldaşı Penq Liyuan rəsmi qəbul və konsert proqramı təşkil ediblər. Tədbir Yapon işğalına qarşı Çin xalqının müqavimətinin və İkinci Dünya müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş paradda iştirak edən nümayəndə heyətlərinin rəhbərləri və onların xanımlarının şərəfinə təşkil edilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak ediblər.
Mövzu ilə bağlı politoloq Turan Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki,bu tədbir yüksək səviyyəlidir:
“Azərbaycan Prezidenti İlham Əliyev cənabları və vitse prezident xanım Mehriban Əliyevanın Çində qarşılanma mərasimi istər diplomatik protokol qaydaları baxımından, istərsə də şəxslərinə özəl rəftar baxımından kifayət qədər diqqət çəkici və müsbət idi. Əlbəttə ki,bu,yüksək səviyyəli bir tədbirdir və adətən belə yüksək səviyyəli tədbirlərdə hər zaman şəxslərin qarşılanması onlara edilən ehtiramlar diqqət çəkir. Düzdür,standart protokol qaydaları tətbiq edilirdi,amma əlbəttə ki,biz cənab Prezidentə və Mehriban xanıma qarşı xüsusi ehtiramın da şahidi olduq. Çünki Azərbaycan Çin üçün Cənubi Qafqaz regionunda əsas aparıcı əməkdaşlıq etdiyi və regionda marağı olan ölkədir.Təbii olaraq Azərbaycan prezidentinin də Çinə olan münasibəti, Çin prezidenti ilə təmasları görüşlərdəki,şəxsi münasibətlər kontekstində münasibətləri irəlilətməsi,əlbəttə ki, təqdirəlayiq və belə deyək,yüksək qiymətləndirilən məsələdir. Bu baxımdan da,yəni əslində ölkələrin və ölkə başçılarının xüsusi ehtiram göstərdiyi şəxslərə qarşı mövqeləri hər zaman belə tədbirlərdə qabarıq şəkildə özünü göstərir ki,mən hesab edirəm, Azərbaycan Prezidenti və Mehriban xanıma da bu diqqət,qayğı göstərilmiş olur”.
Politoloq tədbirin əhəmiyyətindən də danışıb:
“Çində təşkil olunmuş 80 illik yubiley tədbirinin əhəmiyyəti ondan ibarətdir ki,Çin İkinci Dünya müharibəsi illərində,xüsusilə də mövcud,yəni içindəki hazırkı rejim rejimin banisi Mao Zedong və o dövrdə liberal tərəfini müdafiə edən Çan Kay Şek hökuməti ,belə deyək, həm də vətəndaş müharibəsi içində idilər. Amma qısa bir müddət bunlar arasında atəşkəs oldu və tərəflər Yaponiyaya qarşı mübarizəyə başladılar və əslində həmin qələbədə daha çox elə Çindəki hazırkı rejimin,yəni kommunist sistemin və Mao Zedongun fəaliyyəti xüsusi diqqət çəkirdi. Çünki o daha çox xalqa xitab edirdi, Çan Kay Şek isə torpaq sahibkarlarına və yaxud da belə deyək, şirkət sahiblərinə xitab edirdi liberal tərəfini müdafiə etdiyi üçün. Bunu ona görə qeyd edirəm ki, həmin bu 80 illik yubileyi də məhz mövcud həm qələbə, həm də onun sonrasında Çində hakimiyyəti ələ keçirmək baxımından mühüm töhfələr oldu.Yəni bu 80 illik tədbir həm Çindəki kommunist sistemin oturuşması, həm də İkinci Dünya müharibəsində qələbənin əsas aparıcı qüvvəsi-xalq hakimiyyəti qüvvəsinin olması baxımından təntənəli şəkildə qeyd edilir və belə tədbirə daha çox dəvət edilən ölkələrə baxırıq və dəvət edilməyən ölkələrə baxırıq. Qərb ölkələrində iştirak etməməsi üçün Amerika tərəfindən dəvətlərin olmaması Çinin bu qələbədə daha çox, xüsusən də belə deyək, kommunist Çinin bu məsələdə xalq gücünə əsaslanaraq qələbə qazanmasını simvolizə edir. Və əlbəttə ki, Çin həm də bu 80 illik qələbə ilə birlikdə öz gücünü, öz prestijini, siyasi və iqtisadi çəkisini göstərməyə çalışır, yeni əməkdaşlıqların siqnallarını verir. Dəyişən dünya nizamındakı mövqeyinin necə olacağına dair ipucları verir. Hesab edirəm,bunlar çox mühümdür və xüsusən də Amerika kimi ölkələr Çinin bu addımlarını yaxından izləyir”.
Sonda Turan Rzayev Azərbaycan Prezidentinin iştirakının önəmli olduğunu vurğulayıb:
“Birincisi, tarixi aspektdən baxdıqda Azərbaycan da İkinci Dünya müharibəsində iştirak edib və çox bilinməsə də, İkinci Dünya müharibəsi illərində azərbaycanlılar da Yaponiya cəbhəsində həm o dövrün çinli əsgərləri ilə, həm də sovetlər tərkibində döyüşüblər. Yəni, biz daha çox qələbəmizi 1941- 1945 alman faşizmi üzərində aparırıq, amma bu tam belə deyil. Yəni, həmin blokda Yaponiya da var idi və yaponlar da biz müharibə aparmışıq. Azərbaycanda Yaponiya müharibəsində kifayət qədər çox insan iştirak edib həyatlarını itiribdir. Xüsusən mən onlardan birini qeyd etməliyəm. Bakılı Rişad Zorxi adlı məşhur bir so. Belə deyək kəşfiyyatçısı olub ki, o, uzun illər Yaponiyada kəşfiyyat işləri ilə məşğul olub və qələbədə çox mühüm bir rola malik olub. Həmin dövrdə Çinə də kifayət qədər ciddi kəşfiyyat məlumatları ötürübdü. Yəni, bütün bunlar Azərbaycanın bu tədbirdə tarixi iştirakını əsaslandırır. Yəni, necə ki, biz ötən illər ərzində Moskvada Qələbə paradında iştirak edirdiksə, eyni qaydada bu paradda da iştirakımız, dəvət edilməyimiz tarixi aspektdən məntiqlidir. İkinci tərəfdən, təbii ki,bunun siyasi tərəfləri var. Yəni Azərbaycanın bayaq da qeyd etdiyim kimi, Çinin son illərdə müraciət etdiyi təmaslar qurduğu və hətta layihələrə belə planların cızıldığı ölkələrdəndir. Azərbaycanın çox böyük potensialı var. Xüsusən də 44 günlük Vətən müharibəsi və lokal xarakterli anterror əməliyyatları sonrası torpaqlarını işğaldan azad edilməsi,paralelində artıq Zəngəzur dəhlizinin açılacaq olması, gündəliyin uğurla davam etməsi və sülhün reallaşması, yəni məntiqlə Azərbaycan kiçik olsa da, az bir resursa sahib olsa da, buna rəğmən Qərbin, hətta vaxtilə Amerikanın, Rusiyanın diktəsinə boyun əymədi və torpaqlarının işğalı ilə barışmadı və torpaqlarını işğaldan azad etdi. Bu usta bir diplomatiyanın əsəridir. Uzaqgörən siyasətin göstəricisidir və əlbəttə ki, Çin kimi ölkələr belə fürsətlərin olduğu və belə sabit ölkələrlə əməkdaşlıqda maraqlıdır. Çin Azərbaycana investisiya yatırmaqda maraqlıdır ki, Azərbaycanın buna ehtiyacı varmı? Var. Xüsusən biz burada neft və qeyri-neft sektorunun inkişafı, eyni qaydada işğaldan azad edilmiş ərazilərin bərpası və böyük köçün ardıcıllığının davamı baxımından davamlı investisiya ehtiyac var. Hesab edirəm ki, bu investisiya baxımından Çin ilə əməkdaşlıq faydalıdır. Digər bir məsələ və bu subyektiv görüşdür ki, Azərbaycan ABŞ-la Zəngəzur Tramp dəhlizi ətrafında bir razılığa gəldi, amma Çinlə də razılığa gəlib. Söhbət Transxəzər layihəsindən gedir. İllərdir bu layihənin icrası mümkün deyildi. Rusiya faktoruna və İran faktoruna görə. Amma Çin hər iki ölkəni də belə deyək təzyiqlərindən kənarlaşdıra bilir və o çəkiyə gücə sahibdir. Həmçinin transxəzər layihəsi əslində Çinin bir kəmər bir yol layihəsi kontekstində çox mühüm yerə malikdir. Xəzərin dəniz səthi ilə neft, qaz boru kəmərləri, fiber optik naqil xətləri, eyni qaydada sualtı tunellər, yəni qatar və avtomobil yolları məsələsi gündəmdədir ki, belə bir meqa layihəni ancaq Çinlə reallaşdırmaq olar. Çünki lazımi texnologiya və lazımi resurslar Çində var və b deyə bilərik ki, faktiki olaraq rəsmi Pekin Bakı ilə yaxından maraqlanır və Azərbaycan əhəmiyyəti Çin üçün böyükdür. Bir çoxları deyir ki, Rusiya ilə İranla müqayisədə Azərbaycan nədir ki, Çin üçün xeyr elə deyil. Məsələ odur ki, Çin təkcə burada iqtisadi resursları, potensiala baxmır,axı siyasi sabitliyə baxır, ölkələrin vizionuna baxır, çox mühüm bir şeydir və təbii olaraq da qeyd edə bilərik ki, Çinlə münasibətlərimizə amillər çox mühümdür”.
Eslanda Kulieva