00:00:00
Yazar
Admin User
10.09.2025 16:47 168 2 dəq oxuma
Dünya

Pentaqon ABŞ ordusunun Avropadakı döyüş hazırlığı üçün ayırdığı vəsaiti azaldacaq

Pentaqon ABŞ ordusunun Avropadakı döyüş hazırlığı üçün ayırdığı vəsaiti azaldacaq

ABŞ Müdafiə Nazirliyi 2026-cı ildə ordunun Avropadakı döyüş hazırlığına ayrılan maliyyəni 2023-cü illə müqayisədə təxminən 15 dəfə azaldacaq

 

Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, ABŞ-nin bu gün Avropanı istənilən təhdidlərdən qorumaq üçün maddi imkanı yoxdur:

 

"Trampın seçki platformasına baxdıqda onun əsas tezislərindən biri budur ki, Avropa artıq öz təhlükəsizliyini özü təmin etməlidir. Yəni ABŞ-nin bu gün Avropanı istənilən təhdidlərdən qorumaq üçün maddi imkanı yoxdur. Hazırda Avropada ABŞ-nin təxminən 80 minlik hərbi kontingenti mövcuddur və bu kontingent müxtəlif dövlətlərdə yerləşən bazalarda xidmət aparır. Bu hərbi bazaların saxlanılması və modernləşdirilməsi, təbii ki, ABŞ-nin üzərinə düşür. Bundan əvvəl ABŞ-nin müdafiə naziri Pit Heskett təxminən 10 yüksək rütbəli generalı vəzifəsindən azad edib. Bu da onunla bağlı idi ki, Heskett və həmin generallar arasında ciddi fikir ayrılığı mövcud idi. Söhbət təkcə Ukraynaya yardımların azaldılması deyil, ümumiyyətlə, Avropanın müdafiəsinə ayrılan vəsaitlərin məhdudlaşdırılması ilə bağlı idi. ABŞ administrasiyası hesab edir ki, Avropa artıq öz təhlükəsizliyini özü təmin etməli, lazım gəldikdə isə silahları da öz vəsaiti hesabına almalıdır".

 

 

Müsahib qeyd edir ki, ABŞ bu gün öz daxili problemləri ilə məşğuldur, istər dövlət borcunun azaldılması, istərsə də iqtisadi imkanların artırılması baxımından:

 

 

"Buna görə də vurğulanır ki, Avropa artıq öz problemlərini özü həll etməlidir. Təbii ki, bu vəziyyət NATO daxilindəki balansı dəyişə bilər. Çünki Avropa dövlətləri uzun illərdir ABŞ-yə arxalanıblar və bu arxayınlıq onların hərbi sənayesinin inkişafını ləngidib. Xüsusilə, Avropa dövlətləri hərbi büdcələrini artırmağa, 2022-ci ildən, əslində, 2014-cü ildən etibarən başlasa da öz hərbi kontingentlərini gücləndirməyi bacarırlar. Lakin bu proses zaman tələb edir. Bu gün Rusiyanın yaratdığı təhdidlər fonunda Avropanın hələ də hərbi baxımdan zəif olduğu açıq şəkildə görünür".

 

Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər