Pentaqon rəhbərinin səhvi gülüşə səbəb olub
ABŞ-nin müharibə naziri Pit Heqsetin Ağ Evdə jurnalistlər qarşısında çıxışı zamanı etdiyi səhv gülüşə səbəb olub.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, söhbət zamanı Heqset Pentaqonu "Müdafiə Nazirliyi" adlandırıb, lakin dərhal düzəliş edərək "Müharibə Nazirliyi" ifadəsini işlədib.
“Düzəliş etdiyinizə görə şadam”, - onun yanında əyləşən ABŞ Prezidenti Donald Tramp nazirin sözlərinə reaksiya verib.
Bu hadisə Tramp, Heqset və görüşdə iştirak edən digər şəxslərin gülüşünə səbəb olub.