00:00:00
Yazar
Admin User
25.09.2025 19:00 113 1 dəq oxuma
Dünya

Pentaqon rəhbərliyi Qvanticoda təcili toplantıya çağırılıb 

Pentaqon rəhbərliyi Qvanticoda təcili toplantıya çağırılıb

 

ABŞ Müdafiə naziri Pit Hegseth gələn həftə bütün dünyadan yüksək rütbəli hərbi rəhbərləri Virciniya ştatının Qvanticoya təcili toplantıya çağırıb. Bu qədər qısa müddətdə verilən qərar generallar və admiral­lar arasında qeyri-müəyyənlik yaradıb.

 

Pentaqon sözçüsü Şon Parnell yalnız “Müharibə naziri gələn həftənin əvvəlində hərbi rəhbərlərə müraciət edəcək” deməklə kifayətlənib. Toplantının səbəbi və iştirakçı sayı açıqlanmayıb.

 

Hegseth son aylarda hərbi rəhbərlikdə ciddi dəyişikliklər aparıb. O, fevralda ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general K.Q. Braun da daxil olmaqla bir neçə yüksək rütbəli zabiti vəzifədən azad edib. May ayında isə dördulduzlu generalların sayını 20 faiz azaltmaq barədə göstəriş verib.

 

Müşahidəçilərin fikrincə, toplantının məqsədi hələlik bəlli olmasa da, bu qədər yüksək rütbəli zabitin eyni vaxtda bir araya gətirilməsi nadir hadisədir.

 

Reuters

Sura Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər