00:00:00
Yazar
Admin User
14.11.2025 17:59 137 1 dəq oxuma
Dünya

Pentaqon Tram­pa Venesuelaya qarşı əməliyyat planlarını təqdim edib

Pentaqon Tram­pa Venesuelaya qarşı əməliyyat planlarını təqdim edib

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) prezident Donald Trampa Venesuelaya qarşı mümkün hərbi əməliyyatların yenilənən planlarını təqdim edib. Bu planlara quru hədəflərinə zərbələr də daxildir.

 

CBS telekanalının məlumatına görə, Ağ Evdə keçirilən iclasda Pentaqon rəhbəri Pit Hegset və ABŞ Silahlı Qüvvələri Baş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn iştirak ediblər. Mənbələr bildirir ki, Vaşinqton administrasiyası məsələ ilə bağlı hələlik yekun qərar verməyib. Ekspertlər bu addımın regionda gərginliyi artırma ehtimalını istisna etmir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, böyük ölkələr üçün qeyri-hüquqi prosesləri hüquqa salmaq çox asandır:

 

"Bunun üçün də istinad etdikləri beynəlxalq hüquqdan irəli gələn onlar üçün güzəşt yarada bilən bir sıra qaydalar var. O cümlədən, preventiv təhlükənin qarşısının alınması,BMT-nin 51-ci maddəsi kimi və.s. Vaşinqtonun qərarı Latın Amerikası ölkələrini tamamilə hərbi baxımdan özündən asılı vəziyyətə salmaq istəyir. Yəni burada necə təsir göstərilməsinin mahiyyəti artıq aydındır. Venesuelanın milli rəhbərliyi belə rəhbərliyi parçalamaq hərəkatına hazırlaşır. Çinin və Rusiyanın dəstəyi ilə. Elə hesab edirlər ki, yığacaqlar Rusiya və Çinin dəstəyini. Onlara hücum edən ABŞ üçün yeni bir Vyetnam yaradacaqlar".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər