Pentaqon Ukrayna üzrə təmas qrupunun görüşünün tarixini hələ müəyyənləşdirməyib
ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder brifinqdə bildirib ki, Ramstein təmas qrupunun Ukrayna üzrə görüşünün yeni tarixi hələ müəyyən edilməyib.
“Ukrayna üzrə təmas qrupunun əvvəlcə oktyabrın 12-nə planlaşdırılan görüşü təxirə salınıb, görüşün yeni tarixi və yeri barədə indi məlumatım yoxdur, biz hazırda bunun üzərində işləyirik”, - deyə o bildirib.
Rayder vəziyyət aydınlaşdıqda bu məlumatı təqdim edəcəyinə söz verdi.
Oktyabrın 9-da ABŞ komandirləri Ramstein Hava Bazasında təmas qrupunun görüşünün prezident Co Baydenin ABŞ-a yaxınlaşan güclü Milton qasırğası səbəbindən Almaniyaya səfərini ləğv etməsindən sonra təxirə salındığını təsdiqləyiblər.
Əvvəlcə Ramstein bazasındakı görüşün oktyabrın 12-də baş tutacağı planlaşdırılırdı. 50-yə yaxın ölkənin qatıldığı qrupun sammitində 20-yə yaxın dövlət liderinin, o cümlədən Ukrayna prezidenti Vladimir Zelenskinin iştirakı gözlənilirdi.
Mənbə: İnterfaks
Zəhra Məmmədova
