00:00:00
Yazar
Admin User
08.09.2025 15:58 235 2 dəq oxuma
Siyasət

"Peskov Ərdoğanla türkcə danışıb"

"Peskov Ərdoğanla türkcə danışıb"

Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kremlin mətbuat katibi Dmitri Peskovla türkcə danışıb.

 

Mövzu ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a bildirib ki, Rusiya Türkiyənin dünyada və regionda artan nüfuzunu dərk edir və hesablaşmağa məcbur olur:

 

"Əsasən Cənubi Qafqazda Rusiyanın təsirinin zəiflədiyi məqamda Türkiyə əsas aparıcı rola nail olur. Peskov türk dilini bilir və əvvəllər türk xalqları ilə bağlı fəaliyyətdə olub. Onun türkcə danışması diplomatik jest kimi qiymətləndirilə bilər. Belə ki, Ukrayna müharibəsi mövzusunda da Türkiyənin vasitəçilik səylərini görür, həmçinin Azərbaycanla soyuqluq yaranan münasibətlərini rəsmi Ankaranın yarada biləcəyi istiliklə tənzimləməyi umur. Peskovun bu jesti eyni zamanda Türkiyənin ŞƏT-dəki mövcud mövqeyinə üstünlük qazandıran amil kimi də görünə bilər. Əslində isə ciddi mahiyyət daşımır və görüntü yaratmaq naminə atılan addımdır. Rusiyanın Türkiyəyə münasibəti ehtiyatlıdır. Zənnimcə, Rusiya Türkiyənin ona lazım olduğunu anlayır və bunun müqabilində Azərbaycanla da münasibətlərin normallaşdırılmasında maraqlıdır. ŞƏT bir çox dövlətlərin müəyyən maraqlarını özündə birləşdirir və ortaq maraqların təmin olunmasında əlaqələndirici rol oynayır. Bu qəbildən Türkiyə ilə Rusiya arasındakı münasibətlərin Ukrayna müharibəsinin sülh prosesinə daxil olmasında, habelə Azərbaycan və Rusiya arasındakı soyuqluğun aradan qalxmasında rolu ola bilər. Peskovun türkcə danışması diplomatik jest olsa da, yaranmaqda olan Türk dövlətləri birliyinin ortaq dilinin beynəlxalq aləmdə qəbullanılmasına açılan cığır kimi təqdim oluna bilər. Hər halda Rusiyanın Türkiyəyə siyasi ehtiyacı daha da artır. Avropa və ABŞ-nin Rusiyaya qarşı sərt addımlar atacağı gözlənilir. Azərbaycan və Rusiya arasında da soyuqluq hökm sürür. ABŞ-nin Rusiyanın ortağı İrana qarşı da ciddi tədbirlər planı var. Belə olduğu halda, Rusiyaya Qərbin təzyiqi artarsa, regionda təklənərək qalan nüfuzunu da itirəcək. Bütün bu durumları göz önünə alan Peskov hazırda cənab Ərdoğanın dilində danışmağa məcburdur".

 

Fatimə Heydərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər