“Peskovun açıqlaması Rusiya prezidenti adminstrasiya ilə razılaşdırılmış açıqlamadır”
"Rusiya onun bazarını tərk edərkən bütün öhdəliklərini yerinə yetirən şirkətlərlə hörmətli dialoq aparacaq, amma bunu etməyənlər geri qayıtmaq da çətinlik çəkəcəklər”- deyə Peskov bildirib.
Mövzu ilə bağlı politoloq Fuad Abbasov "informator.az" a açıqlamasında bildirib ki, Peskovun açıqlaması aydındır ki öz başına edilmiş deyil, Rusiya Prezidentini mətbuat katibi olduğundan Rusiya prezidenti adminstrasiya ilə razılaşdırılmış açıqlamadır:
“Türkiyənin Ukraynaya göndərdiyi və ya satdığı Bayraktar pilotsuz təyyarələr və onların Ukraynada müvəffəqiyyətli əməliyyatları tək bayraktar deyil, Türkiyədən Ukrayna çox sayıda hərbi texnika, silah, sursat əldə ediblər. Amma buna baxmayaraq Moskova ilə Ankara heç də düşmən adlandırmırlar. Nə Ankara Moskovanı nə də Moskova Ankaranı. Türkiyə yaxınlığı ilə bilinən Peskovun açıqlamasından yola çıxaraq bunu qiymətləndirsək onu başa düşə bilərik ki, Rusiya sadəcə olaraq seçici bir şəkildə bu və ya digər ölkəyə, Ukraynaya dəstək göstərdiyi üçün cəzalandırmağa çalışır. Və burada da birinci növbədə Rusiyanın imperial daha doğrusu şovinist siyasətinə uyğun gəlməyən ölkələr bu siyasətə qarşı çıxan ölkələr nəzərdə tutulur. Heç də uzaq getməyə lazım deyil bu ölkələrin arasında Azərbaycan da var”.
Həmçinin şərhçi Rusiyanın özündə meydana gələn sanksiya problemlərindən də danışıb:
“Məsələn, Avropa dövlətləri bilirik ki Rusiya təyyarələrin bir çoxu Boeing, Aerobus, ya Amerikadan ya Avropadan alınıb. Bunların ehtiyat hissələri lazımdır. Əgər vaxtı vaxtında bunların texniki baxışı edilməsə təyyarənin uçuşu təhlükəlidir. Və belə olduğu təqdirdə Rusiya tək Boeing və Aerobus deyil bunun Mercedes'ləri, BMW'ləri, bunların nələri nələri Avropadan Amerikadan gəlir. Bunların hissə parçaları olsun, bunların xidməti olsun, bütün bunların hamısını düşmən dövlətlərdən almağa məcbur qalacaq. Bir də ondan başqa milyardlarla dollar Rusiya investisiya şirkətlər var.
Hansı ki bunlar müharibə qutardıqdan sonra qayıtmağı düşünürlər. Yəni, necə ki, Moskva məsəl üçün Washingtonu eləcə də Brüsselli düşmən ölkə olaraq elan eləyəcəq, eləcə qarşılığı şəkildə Brüsselli və Washington, eləcənədə London, eləcə də digər paytaxlar qarşılığılı şəkildə, yəni, beynəlxalq əlaqələrdə belə bir şey varsa, mən də səni düşmən edirəm şəklin də bir cavab verəcək və belə olduğu təqdir iki dövlət bir-birinə düşman olduğu zaman bunların hansı iqtisadi iş birliyindən, siyasi iş birliyində və yaxud diplomatik iş birliyində söz gedə bilər heç bir, hətta Moskova da olan səfirliklərin bağlanacağı məsələsi gündəmə gələ bilər. Əgər bir ölkə onu düşmən elan edibsə deməli o səfirliyin də orda fəaliyyəti düşmən ölkənin fəaliyyəti kimidir. Mənim fikrimcə Peskov bu açıqlamanı sadəcə Ukrayna ya dəstək göstərən amma Rusiya gücü çatan ölkələrə şamil edir. Rusiyanın sözü keçən ölkələrə yəni nə Avropaya nə Türkiyə nə də Rusiyanın aslı olduğu digər böyük dövlətlərə aid deyil”.
Nuranə Mərdiyeva