00:00:00
Yazar
Admin User
02.07.2025 18:19 165 1 dəq oxuma
Dünya

Peyğəmbərlərə qarşı təhqiramiz ifadələrə yol verənlər məsuliyyətə cəlb olunacaqlar

Peyğəmbərlərə qarşı təhqiramiz ifadələrə yol verənlər məsuliyyətə cəlb olunacaqlar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı günü bildirib ki, Peyğəmbər Məhəmmədə və digər peyğəmbərlərə qarşı “hörmətsiz davranış” sərgiləyənlər qanun qarşısında məsuliyyət daşıyacaqlar.

 

“Bunun izləyicisi olacağıq”, – deyə Ərdoğan sosial şəbəkə X-də yazıb. O, bunu satirik “Leman” jurnalının 26 iyun tarixli buraxılışında yer alan bir karikaturaya münasibət bildirərkən deyib. Karikaturada İsrail-İran münaqişəsinə eyhamla Peyğəmbər Məhəmməd və Musa peyğəmbər dağıntılar içindəki bir şəhərin üzərində bir-birilə əl sıxarkən təsvir olunublar.

 

Ərdoğan əlavə edib: “Bu, satira adı altında həyata keçirilmiş açıq və iyrənc bir təxribatdır".

O vurğulayıb ki, ölkənin təhlükəsizlik və məhkəmə orqanları bu “nifrət cinayəti” ilə bağlı dərhal tədbir görüblər: jurnal müsadirə olunub və lazımi hüquqi prosedurlar başladılıb.

 

Anadolu Agency

Ayan Əsgərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər