00:00:00
Yazar
Zəhra Həsənova
27.05.2026 20:56 20 2 dəq oxuma
Sosial

Peyvəndlər və onların ictimai sağlamlıqda rolu

Peyvəndlər və onların ictimai sağlamlıqda rolu

Peyvənd (vaksin), insan və ya heyvan orqanizminin müəyyən yoluxucu xəstəliklərə qarşı immunitetini artırmaq üçün istifadə olunan bioloji preparatdır. Peyvəndlər yoluxucu xəstəliklərin qarşısının alınmasında ən effektiv tibbi vasitələrdən biridir. Onlar həm fərdi qorunmanı təmin edir, həm də cəmiyyət səviyyəsində xəstəliklərin yayılmasını azaldır.

Mövzu ilə bağlı professor Adil Qeybulla “İnformator.az”a açıqlamasında bildirib ki, xəstəliklərin bu gün geniş yayılması məhz valideynlərin uşaqları peyvənddən uzaqlaşdırılmasına bağlıdır:

 

"Birincisi nəzərə alaq ki, peyvənd aktiv immunizasiya deməkdir. Yəni bədənə mikrobun və ya onun antigeni yeridilir və bədən ona qarşı əks cisimlər hazırlayır. Peyvəndləmənin əsas mahiyyəti budur. Bu aktiv immunizasiyadır.
Bir də var ki, əks cisimləri hazır şəkildə bədənə yeritmək. Zərdab və s. şəklində, buna isə passiv immunizasiya deyilir. Yəni bu immunizasiya bədəni xəstəliklərə qarşı hazır vəziyyətdə saxlamaq üçündür. Peyvənd tibb elminin bəşəriyyətə verdiyi ən böyük hədiyyədir. Məhz peyvəndin sayəsində bu gün dörd karantin infeksiyasından biri olan təbii çiçəyin kökü kəsilib. Məhz peyvəndin nəticəsində COVID-19 pandemiyasında zəncir qırıldı və pandemiya sona çatdı. Ümumiyyətlə çoxsaylı misallar gətirmək olar. Peyvəndləmə olmasaydı bu gün uşaqlar arasında kütləvi qırğına səbəb olan difteriya, göyöskürək, tetanus kimi çoxsaylı xəstəliklərdən ölüm halları davam edirdi.
Ona görə də, hesab edirəm ki, peyvənd əleyhinə olan kampaniya Dünya Səhiyyə Təşkilatının özünün də qeyd elədiyi kimi bütövlükdə bəşəriyyət- insanlıq əleyhinə yönəlmiş bir əməldir. COVID-19 pandemiyasından əvvəl də bunun qarşısını almaq üçün tədbirlər görülməsini tövsiyə edirdilər. Hesab edirəm ki, peyvəndin əleyhinə getmək yox, ona dəstək vermək lazımdır. Dünya Səhiyyə Təşkilatının milli peyvənd proqramı var. 13 adda infeksiya peyvəndlənir uşaqlarda və uşaqları da ondan qaçırmaq olmaz. Əks halda qızılca və başqa xəstəliklərin bu gün geniş yayılması məhz valideynlərin uşaqları peyvənddən uzaqlaşdırılmasına bağlıdır. Hesab edirəm ki, bu məsələ ilə bağlı da milli peyvənd təqvimi üzrə nəzərdə tutulan peyvəndlərin icbari aparılması təmin edilməlidir".

 

Samirə Allahverdizadə

#rolu #peyvəndlər #baki #ictimai #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər