00:00:00
Yazar
Admin User
23.12.2025 17:46 84 1 dəq oxuma
Siyasət

Pezeşkian: İranda su təminatı böhrana çevrilib

Pezeşkian: İranda su təminatı böhrana çevrilib

İran Prezidenti Məsud Pezeşkian ölkədə su təminatı ilə bağlı vəziyyətin böhran səviyyəsində olduğunu deyib.


"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə o, ölkə parlamentində çıxışı zamanı bildirib.

 

M. Pezeşkian deyib ki, su problemi ölkənin bütün vilayətlərində müşahidə olunur:

 

“Ölkəmizin bütün bölgələrində su təminatı ilə bağlı problemlər mövcuddur. İranda su təminatı ciddi böhran içərisindədir”.


Qeyd edək ki, İran son 60 ilin ən sərt quraqlığı ilə üzləşib. Bu səbəbdən ölkənin bir çox əsas su anbarları quruyub. Yağış səviyyəsi uzunmüddətli orta göstəriciyə nisbətən 89% azalıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər