00:00:00
Yazar
Admin User
19.08.2025 10:29 113 1 dəq oxuma
Dünya

Pezeşkian və Paşinyan razılığa gəlib

Pezeşkian və Paşinyan razılığa gəlib

Ermənistanın Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkian Ermənistan və İran arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi üçün işləmək barədə razılığa gəliblər.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Ermənistan baş naziri İran prezidenti ilə keçirdiyi mətbuat konfransında bildirib.


Paşinyan Pezeşkianın səfərinin iki ölkə arasında dostluq münasibətlərinə yeni təkan və keyfiyyət qatacağına əminliyini deyib.

 

Baş nazir qeyd edib ki, Ermənistan və İran arasında mövcud güclü və qarşılıqlı etibarlı tərəfdaşlığın əsasında iki ölkə xalqları arasında möhkəm dostluq dayanır: “Hər ikimiz razılığa gəldik ki, ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi üçün işlərin görülməsi vaxtı çatıb”.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər