00:00:00
Yazar
Aysel Mirzəyeva
01.04.2026 22:11 41 2 dəq oxuma
Siyasət

“Pezeşkianın sülh mövqeyi var, amma bunu həyata keçirmək gücü yoxdur” - ŞƏRH

“Pezeşkianın sülh mövqeyi var, amma bunu həyata keçirmək gücü yoxdur” - ŞƏRH

İran Prezidenti Məsud Pezeşkian Avropa Şurasının Prezidenti Antonio Koşta ilə telefon danışığı zamanı bildirib ki, “İrana qarşı təcavüzün tamamilə dayandırılması vəziyyətin normallaşmasının yeganə həllidir”.

 

Mövzu ilə bağlı siyasi şərhçi Xaqani Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, Prezident Məsud Pezeşkianın bu açıqlaması onun mövqeyinin ifadəsidir:

 

“Hətta müharibədən əvvəl də Prezident Məsud Pezeşkianın mövqeyi hərbi toqquşmadan yayınmaq idi. Hərbi əməliyyatlar başlayandan bu günə kimi də onun mövqeyi dəyişməyib: bu müharibəyə son qoyulmalı və danışıqlar prosesi başlamalıdır. Bu, İranda səslənən ən doğru mövqedir və həm xalqın, həm də dövlətin maraqlarına uyğun yeganə mövqedir. Sadəcə Prezident Məsud Pezeşkianın bu mövqeyi həyata keçirmək üçün yetərli gücü yoxdur. Çünki faktiki olaraq hakimiyyət İslam İnqilabı Keçikçiləri korpusunun əlindədir. Onlar siyasəti diktə edir. Prezidentin açıqlaması kiçik ümid yaradır ki, müharibə dayana və danışıqlar prosesi başlaya bilər ki, bu da bölgənin bütün xalqları üçün faydalı olar”.

 

Siyasi şərhçi qeyd edib ki, Prezident Məsud Pezeşkianın mövqeyinə baxmayaraq əməliyyatların dayandırılması ehtimalı çox azdır:

 

“Qərb çox yaxşı bilir ki, İranda əsas söz sahibi İslam İnqilabı Keçikçiləri korpusudur. Onlar siyasətlərindən, o cümlədən İsraili yer üzündən silmə siyasətindən imtina etmirlər. Rəsmi şəkildə İranda heç kim bu siyasətdən imtina etməyənə qədər münaqişəni sona qədər tənzimləmək mümkün deyil. İran münaqişələrin tənzimlənməsi üçün əvvəlcə dövlət səviyyəsində İsrailin varlığını tanımalı və onu məhv etmə siyasətindən imtina etməlidir. Hazırda Prezident Məsud Pezeşkian da bunu həyata keçirə bilmir. Hakimiyyətdəki qüvvələr nisbəti bu imkanı vermir, çünki əsas qüvvələr İsrailin yox edilməsi siyasəti üzərinə qurulub. İsraili yer üzündən silmək siyasətindən imtina etmək faktiki olaraq İran İslam Respublikasının təməl ideologiyasını inkar etmək olar ki, bu da indiyə qədər heç kəs üçün mümkün deyil”.


Nuray Əliyeva

#şərh #yoxdur” #həyata #mövqeyi #“pezeşkianın
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər