“Pfizer”in zavodu dağıldı
Amerika Birləşmiş Ştatlarının Şimali Karolina ştatında tornado “Pfizer”in əczaçılıq zavoduna ciddi ziyan vurub. Şirkətdən verilən məlumata görə, zavodda işçilər arasında xəsarət alan olmayıb.
Tornado Şimali Karolinada daha bir neçə binaya da zərər verib. Bəzi avtomobil yollarında hərəkət mümkünsüz hala gəlib.
Amerika Birləşmiş Ştatları Milli Meteoroloji Xidmətinin məlumatına görə, tornadonun sürəti 217 kilometr/saata çatıb.
