00:00:00
Yazar
Admin User
29.10.2025 17:24 136 3 dəq oxuma
Dünya

PKK Türkiyədən tamamilə çəkildiyini açıqlayıb

PKK Türkiyədən tamamilə çəkildiyini açıqlayıb

 

PKK terror təşkilatı Türkiyədən tamamilə çəkilir. 

Uzun illərdir davam edən qarşıdurma minlərlə insanın həyatına təsir edib, dövlət büdcəsinə ağır yük salıb və həm Türkiyədə, həm də qonşu ölkələrdə siyasi müzakirələrin mərkəzində olub. Belə bir açıqlama həm müsbət sülhə ümid yarada, həm də yeni strateji suallar meydana gətirə bilər.

 

Mövzu ilə bağlı olaraq politoloq Azad Məsiyev "İnformator.az" a açıqlamasında bildirib ki, Türkiyənin qlobal gücə çevrilməsi üçün bu cür təşkilatlar neytrallaşdırılmalıdır:

 

"Bildiyiniz kimi, Türk dövləti uzun müddətdir ki, terrora qarşı mübarizə aparır və bu mübarizəyə milyardlarla dollar vəsait xərcləyir. Eyni zamanda, terrora qarşı mübarizədə minlərlə şəhid verib. Türkiyə dövlətində istər siyasi hakimiyyət, istərsə də müxalifət terrora qarşı mübarizədə ortaq mövqe nümayiş etdirirlər. Terrora qarşı mübarizə bir milli savaşdır. Ümumilikdə terror təşkilatı istər Türkiyə daxilində, istərsə də Türkiyənin sərhədlərindən kənarda fəaliyyət göstərən, başda PKK olmaqla həm daxili, həm də xarici siyasətə təzyiq vasitəsi kimi istifadə olunub. Bu təşkilatlar əsasən xarici xüsusi xidmət orqanları tərəfindən müxtəlif vasitələrlə maliyyə, ideoloji, siyasi və hərbi dəstək, himayə olunublar.
PKK-nın həm siyasi, həm də hərbi qanadları açıq şəkildə Türkiyəyə təzyiq vasitəsi kimi istifadə olunub. Bütün bunlara baxmayaraq, Türkiyə bu mübarizədə barışmaz mövqe tutub. Bu təşkilatın xarici xüsusi xidmət orqanları tərəfindən idarə olunması və dəstəklənməsi Türkiyə dövlətinə və xüsusi xidmət orqanlarına dəqiq bəllidir. Türkiyə açıq şəkildə bəyan edir ki, terrora qarşı mübarizədə amansız olacaq və PKK-nın tələbləri qarşısında geri çəkilməyəcək.Türk dövləti uzunmüddətli bu mübarizədə şəhid verir. PKK-nın istər silahlı, istərsə də siyasi qanadı yaxşı anlayır ki, Türkiyə onların tələblərini qəbul etməyəcək. Onları himayə edən xarici dövlətlər və xüsusi xidmət orqanları yeni taktikalara əl atmaqdadır. Ümumilikdə, Türkiyənin regional gücdən qlobal gücə çevrilməsinin qarşısını almaq üçün müxtəlif vasitələrlə təzyiqlər edilir. O cümlədən PKK vasitəsilə.
Hesab edirəm ki, PKK-nın silahı yerə qoyması yeni bir taktiki gedişdir. PKK-nı idarə edən qüvvələr istər siyasi, istər hərbi qanadı açıq şəkildə anlamalıdırlar ki, bu metodlarla məqsədlərinə çata bilməyəcəklər. Silahın yerə qoyulması Türkiyənin uğurudur. Çünki dəfələrlə Türkiyə siyasi hakimiyyəti açıq şəkildə bildirib ki, PKK-nın heç bir tələbi qəbul edilməyəcək və qarşısında geri çəkilmək olmayacaq.
Türkiyə bu mübarizə ilə həm daxili, həm də beynəlxalq ictimaiyyətə mesaj verir ki, terror təşkilatları ilə barışmayacaq. Türkiyə öz milli təhlükəsizliyini qorumaq üçün yalnız ölkə daxilində deyil, xaricdə xüsusilə Suriya ərazisində də əməliyyatlar aparır. Ümumiyyətlə, hesab edirəm ki, Türkiyənin qlobal gücə çevrilməsi üçün bu cür təşkilatlar neytrallaşdırılmalıdır.Türkiyəyə dəstək verən, onunla birgə fəaliyyət göstərən dövlətlər xüsusilə Türk Dövlətləri Təşkilatı PKK-ya qarşı birgə mübarizədə əməkdaşlıq ediblər və edəcəklər. Silahın yerə qoyulması alqışlanmalıdır, amma bu, taktiki gediş olmamalıdır. İstər siyasi, istərsə də hərbi qanad açıq şəkildə bilməlidir ki, Türkiyəni bu cür metodlarla, yəni terrorla yolundan döndərə bilməzlər.
Ümumilikdə, PKK-nın silahı yerə qoyması Türkiyə üçün hərbi, siyasi və iqtisadi baxımdan uğurdur. Hesab edirəm ki, artıq Türkiyə ilə güc yolu ilə yox, dialoq vasitəsilə problemlərin həllində maraqlı olmalıdırlar".

 

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər