"Pley-off Azərbaycan Çempionatı üçün uyğun sistemdir" - ŞƏRH
Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov ölkə çempionatının yekunlarını dəyərləndirib. O, pley-off sisteminin çempionat üçün uyğun olduğunu vurğulayıb və yarışa həm azarkeşlər, həm də medianın böyük maraq göstərdiyini bildirib.
"Pley-off sisteminin üstünlükləri mövcuddur və bu fotmat gələcəkdə də davam edə bilər. Hər bir yarışın bir neçə formatı mövcuddur. Bu yarışın iştirakçıları sayı çox olanda yay İsveçrə sistemindən istifadə olunur".
Bu sözləri Azərbaycan Respublikası Şahmat Mərkəzinin direktoru, idman jurnalisti Elşən Məmmədov "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, biz bunu futbolda- Çempionlar Liqasında görürük:
"Görürük ki, "Qarabağ" 36 komandalı bir sistemlə mübarizə aparır. Həmin yarışda bütün komandalar 8 görüş keçirir. Şahmatda da yarış iştirakçılar çox olduqda bu sistem-İsveçrə sistemindən istifadə olunur. Amma say bunun üçün daha çox, 20-30 arası olmalıdır. Buna bəzən olimpiya sistemi də deyirlər. İstənilən halda, hər bir yarışın öz reytinq favoriti olur. Həmin reytinq favoritləri pley-off sistemi olduqda hər bir yarımqrupun əsas komandası sayılır. Yəni, bölgü əsasında bölünür və digərləri də onun ətrafında rəqiblər qismində formalaşırlar. Sonuncu mərhələyə qədər ən güclülər qalır. Əsas məsələ odur ki, bütün aparıcı şahmatçılar iştirak edə bilsin. Məsələn: Teymur Rəcəbovdan başqa bütün şahmatçılar yarışda iştirak edib. Elə bir şahmatçı deyə bilmərik ki, bu yarışdan kənarda qalıb".
Müsahibin sözlərinə görə, nəticədə yarış iştirakçılarının tərkibi güclü, reytinqləri yüksək olduqda, yarış da istər-istəməz yüksək səviyyədə olur. Bu da çempionata olan marağı artırır:
"Çempionata marağın artması isə Azərbaycan şahmatının ümumi inkişafına təsirini göstərir. Marağın artmasını biz görüşlərin canlı yayımlanması zamanı baxış sayında gördük. Çempionatın gedişində oyuna hakim müdaxiləsinə də ehtiyac olub. Ayan Allahverdiyeva, Türkan Məmmədyarovanın görüşündə apellyasiyada qərar verilib. Hətta orada Ayan Allahverdiyevanın iki eyni gedişi təkrarladığını əsas götürərəm ona məğlubiyyət verilib. Sonradan Ayan Allahverdiyeva apellyasiyaya verib. Apellyasiya nəticəsində onun iddiasına baxılıb və həqiqətən hakim fikir bildirib. Bununla belə, Türkan Məmədyarova görüşün nəticəsinin heç-heçə olmasına razılıq verib. İkinci görüşün oynanılmasına etiraz etməyib. Hakimlərin rəyi nəzərə alınsaydı, Ayan Allahverdiyeva öz səhvinə görə bu partiyanın məğlubu sayılardı. Amma Türkan Məmmədyarova onu anlayışla qarşılayıb, razılaşıb ki, görüş təkrar oynanılsın".
Zəhra Möhübbətova
