00:00:00
Yazar
Admin User
02.09.2025 15:56 85 2 dəq oxuma
Dünya

Podolyak: Tramp–Putin görüşündən əvvəl müharibəni bitirmək üçün ideal fürsət var idi

Podolyak: Tramp–Putin görüşündən əvvəl müharibəni bitirmək üçün ideal fürsət var idi

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib ki, Tramp–Putin görüşündən əvvəl müharibəni bitirmək üçün ideal fürsət mövcud idi.

 

Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət "İnformator.az"a açıqlamasında qeyd edib ki, əlbəttə, bu görüşdən öncə müharibə dayandırılsaydı, yəqin ki, müharibənin tamamilə bitirilməsi və ədalətin bərqərar edilməsi üçün ciddi addımlar atıla bilərdi. O, əlavə edib ki, Rusiya sadəcə olaraq bir təcavüzkar, işğalçı dövlət deyil, eyni zamanda oyun pozmağa vərdiş etmiş, verdiyi sözə əməl etməyən bir ölkədir:

 

"Rusiya faktiki olaraq tarixin bütün mərhələlərində etibarsız dövlət olub. Bu gün də öz davranışı ilə bir daha bunu sübut etməkdə israrlıdır. Yəni Rusiya qeyri-ciddi, sözünə etibar edilməyəcək bir dövlət olduğunu bu məsələdə də göstərir. Ona görə də istər Tramp–Putin görüşü olsun, istərsə də olmasın – məsələn, Alyaska görüşünü xatırlayaq – nəticə dəyişməyəcək. Hətta Zelenski–Putin görüşünün keçirilməsi ilə bağlı danışıqlar da gündəmə gəlmişdi. Amma bu, heç bir nəticə verməyib və verməyəcək. Odur ki, Rusiya öz təcavüzkar siyasətindən imtina etməyəcək. Avropa Birliyi, Avropa ölkələri və ABŞ isə yəqin ki, ortaq mövqedən çıxış edərək Rusiyanı yerinə oturtmaq məcburiyyətində qalacaqlar".

 

O həmçinin qeyd edib ki, məntiqi yanaşma əvvəlcə qeyd-şərtsiz atəşkəsin əldə olunmasını tələb edir və Ukrayna da bunu təklif edir:

 

"Heç bir tərəf şərt irəli sürmədən atəşkəsə getməlidir. Atəşkəs əldə edildikdən sonra digər məsələlər müzakirə edilə bilər. Normal məntiq bunu diktə edir. Təəssüf ki, Rusiya normal məntiq anlayan bir dövlət olmadığını bir daha göstərir. Bu isə əslində Ukraynanın xeyrinədir. Çünki Ukrayna bütün dünyaya sübut edir ki, torpaqlarının işğalına baxmayaraq, qeyd-şərtsiz atəşkəsə razıdır. Amma Rusiya dirəniş göstərməklə Ukraynanın bir daha haqlı olduğunu ortaya qoyur. Belə şəraitdə dünyanın mütərəqqi kəsimi Ukraynanı dəstəkləməyə davam edəcək. Rusiya isə əslində atəşkəsə gedərək həm də öz nüfuzunu qoruya bilərdi. Amma bu, ‘Quzey ayısı’dır – həmişə belə olub. Onlara nəyisə izah etmək mümkün olmayıb, bu dəfə də belədir. Ona görə də biz Ukraynanın tərəfində dayanmağa davam edəcəyik".

 

Ayşən Səlimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər