Pokrovskda bu qədər ərazi ruslardan təmizlənib
Ukrayna qoşunları Pokrovsk şəhərinin müdafiəsini davam etdirir. Hazırda Rusiya ordusunun şəhərə nəzarəti ələ keçirməsi və ya Ukrayna Müdafiə Qüvvələrini mühasirəyə almasından söhbət getmir.
"İnformator.az" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski məlumat verib.
"Bu məqsədlə mən Pokrovsk bölgəsinə getdim. Komandirlərlə birlikdə əvvəllər müəyyən edilmiş tapşırıqların nəticələrinə diqqət yetirdik və gələcək tədbirləri planlaşdırdıq", - Sırski qeyd edib.