00:00:00
Yazar
Admin User
14.11.2025 13:45 164 1 dəq oxuma
Dünya

Pokrovskdan geri çəkilmə planı hazırdır

Pokrovskdan geri çəkilmə planı hazırdır

Ukraynalı ekspert Aleksey Getman deyib ki, ordunun Pokrovskdan mümkün geri çəkilməsi üçün bütün planlar artıq hazırdır. Geri çəkilmə yalnız vəziyyət tələb edəcəyi halda həyata keçiriləcək — əmrin verilməsi kifayətdir.

 

Mövzu ilə bağlı politoloq Tənzilə Rüstəmxanlı “İnformator.az”a açıqlamasında qeyd edib ki, Ukraynanın Donetsk vilayətində yerləşən Pokrovsk istiqamətində geri çəkilmə qərarı heç şübhəsiz məcburiyyətində qarşısında verilib:

 

“Zelinski hökuməti iki seçim qarşısındadır: ya geri çəkilərək insanların həyatını xilas etməlidirlər, ya da çox daha ağır itkilər hesabına müqaviməti davam etdirərək Moskvanın həm simvolik, həm də taktiki qələbəsini gecikdirməlidirlər. Eyni vəziyyət Bakhmut və Avdiyivka şəhərlərində də yaşanıb. O zaman Kiyev uzunmüddətli müqavimət göstərməyə üstünlük verib. Halbuki vaxtında geri çəkilmə addımı minlərlə ukraynalı hərbçinin həyatını xilas edə bilər idi. Kiyevin rəsmi mövqeyini nəzərə alsaq, Ukrayna müdafiəçiləri şəhəri çox gec olana qədər tərk etməyəcəklər, bu da böyük itkilərlə nəticələnəcək. Eyni zamanda Ukrayna Pokrovskdan geri çəkilsə, bu həm də qonşu Mırnoqrad şəhərinin itirilməsi demək olacaq, bu da cəbhənin həmin hissəsində müdafiə xəttinə növbəti ciddi zərbə olacaq. Putin ölüm və dağıntı çarxını qərbə doğru döndərdikcə, Ukrayna müharibənin yeni mərhələsinə daxil olur, elə bir mərhələyə ki, bir neçə yüz rus diversantı bütöv şəhərlərin süqutuna səbəb ola bilir”.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər