00:00:00
Yazar
Admin User
27.08.2025 12:39 101 1 dəq oxuma
Siyasət

Politoloq: “Azərbaycan-Rusiya münasibətlərində gərginliyin əsas günahkarı Rusiyadır”

Politoloq: “Azərbaycan-Rusiya münasibətlərində gərginliyin əsas günahkarı Rusiyadır”

Prezident İlham Əliyev Rusiya ilə münasibətlərin gərginləşməsinə görə məsuliyyətin Azərbaycanın üzərinə düşmədiyini vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Azərbaycan yalnız konstruktiv və hüquqi addımlar atır, lakin ölkəyə qarşı təcavüz və hörmətsizliyə heç vaxt dözməyəcək.


Məsələni şərh edən politoloq Asif Nərimanlı “İnformator.az” saytına bildirib ki, yaranan gərginliyin əsas günahkarı Rusiyadır:


“Azərbaycan yalnız haqlı tələblər irəli sürür – günahkarların məsuliyyətə cəlb olunması, kompensasiyanın ödənilməsi və hüquqi addımların atılması. Amma Rusiya bunları etmək əvəzinə, təzyiq cəhdlərinə başlayıb. Rusiyada yaşayan soydaşlarımızın hədəfə alınması da bunun bir nümunəsidir. Azərbaycan bu məsələdə heç bir qanunsuz və ya qeyri-adekvat tələb irəli sürmür. Moskva bu prosesdə seçim qarşısındadır. Əgər Rusiya Cənubi Qafqazda mövqelərini qorumaq istəyirsə, Azərbaycanla münasibətləri normallaşdırmalı, diktat dilindən imtina etməlidir. Hazırkı yanlış siyasət isə əksinə, Rusiyanın regiondakı mövqelərinin zəifləməsinə gətirib çıxara bilər”.


Politoloq sonda əlavə edib ki, davam edən gərginlik yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır və bütövlükdə Cənubi Qafqaz regionuna da mənfi təsir göstərə bilər.


Ayan Əsgərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər